“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Ölkəmiz Xəzər dənizinin hüququi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sırada olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputaı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu məqam Prezident İlham Əliyevin iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bir daha vurğulanıb: “Cənab Prezident bəyan etdi ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.

V.İskəndərov bildirib ki, Azərbaycan daima Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağa əsaslanmasını önə çəkib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycanın Xəzərlə bağlı önəm verdiyi digər bir məsələ də Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsidir: “Bəlli olduğu kimi cənab Prezident bəhs edilən çıxışında bu məqamın üzərində də xüsusi olaraq dayandı. Dövlət başçısı bəyan etdi ki, Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Məhz bu kontekstdə vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Sözügedən çəıxışda da vurğulandığı kimi Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Qeyd edilməlidir ki, bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.

"Azərbaycan hər zaman ölduğu kimi bu gün də Xəzərdə həm ekoloji, həm də təhlükəsizlik məsələlərində qoşulduğu aktlara və verdiyi sözlərə əməl edən bir dövlət olaraq öz ənənələrinə sadiq olacaqdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə