Sanksiyalılara “atalıq” iddiası - ANALİZ

Yaxud, Rusiya niyə Qərbin sanksiya ilə hədələdiyi ölkələrə qucaq açır, dünya yenidənmi bölüşdürülür?

Dünya əvvəllər ikiqütblü idi, bir tərəfdə kapitalizm dünyası, digər tərəfində sosializm düşərgəsi, yaxud bir ucunda avtoritarizm, o biri ucunda özünü demokratiyaya sadiq kimi göstərənlər, bir tərəfdə xeyir, o biri tərəfdə şər qüvvələr. Bax, beləcə hər kəs özünü ağıllı sayırdı, özünü haqlı hesab edirdi, dünyanın xilasının yalnız onun yanında olmaqla baş verəcəyini bəyan edirdi. Günlərin bir günü Qərb dünyası – kapitalizmin beşiyi bir araya gəlib oyun qurdular və sosializm düşərgəsini dağıtdılar, həm də dünyaya sosializm ixrac edən SSRİ adlı dövləti darmadağın etdilər... Vaxt gələcəkdi və sosializm düşərgəsini dağıtmaq ideologiyasının banilərindən biri və birincisi, İngiltərənin keçmiş baş naziri Marqaret Tetçer (o həm də “dəmir ledi” adlandırılırdı- müəllif)etiraf edəcəkdi ki, SSRİ-nin bu sayaq dağıdılması lazım deyildi, onu 15 yerə parçalamaq əvəzinə idarə etmək daha əlverişli olardı.

Bu gün də mahiyyət dəyişməyib, yalnız iki və daha artıq qütbə bölünmənin formasına əl gəzdirilib. SSRİ-nin dağılmasından sonra meydanın boş qaldığını düşünən Qərb fürsəti fövtə verməyib ipə-sapa yatmayan ölkələrlə istədiyi şəkildə rəftar etməyə başladı. Yuqoslaviya, İraq, Liviya, Suriya kimi ölkələri müharibə girdabına soxdu, İran, Çin, Şimali Koreya, Venesuella, Kuba və bu günümüzdə Rusiyaya, qismən Belarusa qarşı müxtəliv ölçülü sanksiyalar, embarqolar tətbiq etməklə onları dünyanın qalan hissəsindən ayırdı və faktiki olaraq dünyanı iki düşərgəyə parçaladı...

Qərb Ukraynadakı əməliyyata görə Rusiyanı dünya iqtisadiyyatından “çıxarmağa” cəhd edəndə şimal qonşumuz heç də tək deyildi. Onu hətta Qərbin keçmiş müstəmləkələri də dəstəklənməyə başladı ki, bu da təəccübə səbəb oldu. Sanki Qərb bu hərəkəti, bu siyasəti ilə dünyanı, Rusiyaya da pay saxlamaq şərtilə, iki cəbhəyə ayırır. Uzun müddət kənarda qalan bir çox inkişaf etməkdə olan ölkələr Qərbin təzyiqləri ucbatından Rusiyaya yaxınlaşır. Bu isə Qərb demokratları üçün böyük təhlükə yaradır.

Ukraynadakı hərbi münaqişə Avropaya müharibənin qayıdışını və demokratiya ilə avtoritar imperiyalar arasında açıq qarşıdurmanı göstərir. Bu münaqişə Ukraynanı dəstəkləmək, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və NATO vasitəsilə genişmiqyaslı silahlanmaya başlamaq üçün səfərbər olan Qərbi oyandırıb. Üstəlik, əvvəllər formal olaraq neytral qalan İsveç və Finlandiya bir çox birgə təlimlərdən sonra artıq rəsmi olaraq NATO ilə birlikdədir. Türkiyənin şərtlərindən sonra hər iki skandinaviya ölkəsi NATO-nun qanadı altında özlərinə yer edə bildilər.

Bu gün Qərbin demokratları ilə Putin Rusiyası arasında başlayan və Si Cinpinin Çini tərəfindən dəstəklənən yeni soyuq müharibə fonunda inkişaf etməkdə olan ölkələr, hətta öz demokratik institutlarına malik olsalar belə, tərəf tutmaqda hələ də tərəddüd edirlər. Nəticədə öz təhlükəsizliklərini təmin etmək məqsədi ilə Qoşulmama Hərəkatına qoşulurlar. Onların fikrincə, ilk növbədə qütblərdən birinə iddialı olan ya Avropa, ya Rusiya, o cümlədən Çinin tərəfində durmaqla açıq hədəfə çevrilmək olar. Məhz bu yanaşmanın doğurduğu münasibətlər tərəflərdən birinə yaxınlaşmanı təxirə salır, ya da bu barədə danışmamağı, mövqeni tam olaraq bəlli etməməyi diqtə edir.

Bu gün Qərbin ABŞ başda olmaqla hədəfi Rusiyanı dünyanın digər ölkələrindən kənar tutmaqdır. Ukrayna müharibəsi bəhanəsi ilə NATO üzvlərinin əksəriyyəti çoxdan gözlənilən və yalnız 24 fevralda ələ düşən fürsəti qaçırmaq istəmədi və Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq etməyə başladı. Əslində bu sanksiyaları Qərb çoxdan tətbiq etmək arzusunda idi. Amma bəhanə tapılmırdı. Və Putinin 24 fevral əmri Qərbin əlinə oynadı. Sanksiya paketləri üst-üstə gəlməyə başladı. BMT-də keçirilən səsvermədə Rusiyanın tərəfini Moskvanın siyasətini dəstəkləyən azsaylı ölkələr dəstəkləri, digərləri isə Rusiyaya sevgisindən çox Qərbə nifrəti səbəbindən bu səsvermədə Rusiyanın tərəfini saxladı. Hindistan kimi onlar da BMT-də keçirilən səsvermədə Rusiyanı pisləməkdən çəkindilər və Moskvaya sanksiya tətbiq etməmək yolunu seçdilər. NATO-ya üzv olmasına baxmayaraq, bu mövqe Türkiyə tərəfindən dəstəklənmədi. Ölkələrin bir çoxu ilk növbədə öz mənfəətlərini düşünərək, birdən-birə “hər hansı bir əməliyyat – mənim maraqlarım üçün olsun” sxemi üzrə diplomatiyaya üz tutdular. Məsələn, Səudiyyə Ərəbistanı hasilatı artırmaq və neft qiymətlərini aşağı salmaq üçün ABŞ-ın təzyiqinə müqavimət göstərdi, Hindistan və İndoneziya isə ilk növbədə öz əhalisini ərzaqla təmin etmək üçün ixracını (birinci halda buğda və şəkər, ikinci halda palma yağı) dayandırdı. Onlar Qərbi münaqişənin yaratdığı ərzaq böhranına görə tənqid edir və ərzaq çatışmazlığını Ukraynanın dağılması və Moskvanın Qara dəniz limanlarının bağlanması ilə deyil, Rusiyaya qarşı beynəlxalq sanksiyalarla əlaqələndirirlər.

Beləliklə, bloka daxil olmayan ölkələr artıq Rusiyaya meyl edirlər. Qərb tərəfindən rədd edilən Hindistan və İndoneziya, Braziliya və Meksika, bir çox Körfəz dövlətləri, Cənubi Afrika və əksər Afrika ölkələrinin Moskvaya dəstək nümayiş etdirirlər.

Moskva-Pekin oxu

Rusiyanın Ukraynaya qarşı apardığı mühribə Qərbdə imperiya fantaziyaları adı altında həyata keçirilən milli suverenlik və müdaxilə etməmək prinsipinin birbaşa pozulması kimi qəbul edilir. Qərb Qoşulmama Hərəkatının liderlərinin suverenlik və müdaxilə etməmək tərəfdarı olduqlarını hamıya xatırlatmağa çalışır. Biz bütün dünyaya qışqırırıq ki, Afrika və Yaxın Şərqin bir çox yoxsul ölkələrində sabitliyi pozan enerji və ərzaq böhranının birbaşa məsuliyyətini Moskva da daşıyır. Bu, qlobal iqtisadiyyatı sarsıdan inflyasiyanın sıçrayışına gətirib çıxardı və 2022-ci ildə ən yaxşı halda iqtisadi artımı 3,4%-ə endirdi. Üstəlik, bu sıçrayış onların bir çoxu üçün maliyyə böhranı kimi olan staqflyasiya təhlükəsinə səbəb olur. Bununla belə, inkişaf etməkdə olan ölkələr Moskva-Pekin oxunun tərəfdarıdır və Rusiyanın bəyanatlarına anlayışla yanaşırlar ki, bu da faktların əksinə olaraq, hərbi əməliyyatların başlamasının səbəbini NATO-nun 30 illik genişlənmə ilə izah edir.. Humanitar böhran isə Qərbin sanksiyalarından qaynaqlanır. Güney ölkələri müstəmləkəçilik dövrünə nifrətlərini saxlamaqla bərabər, yekdilliklə hesab edirlər ki, ABŞ üçün çox əlverişli olan beynəlxalq sistemi şübhə altına almaq və post-Qərb dünyası qurmaq, o cümlədən təsir dairələri yaratmaq lazımdır. Onlar Qərbi öz dəyərlərinə xəyanət etdiyinə və ikili standartlar siyasətinə görə tənqid edirlər. Onlar güclü şəxslərə və milli kimliyə pərəstişlə bağlı vahid mövqedən çıxış edirlər. Bu “machismo kultu” Vladimir Putin, Si Sinpin, Narendra Modi, Jair Bolsonaro, Recep Tayyip Erdoğan və Prince Mohammed bin Salmanı bir araya gətirir.

Ukraynadakı müharibə XXI əsrin dünyasında baş verən bütün transformasiyaları önə çıxararaq, bloklara qoşulmayan ölkələrin xarakterinin və statusunun dəyişməsinə səbəb oldu. Bu ölkələr müstəqil geosiyasi oyunçuya çevrilir, onların rolu getdikcə qabarıqlaşır. Qoşulmama Hərəkatı Soyuq Müharibənin fövqəldövlətləri qarşısında öz hüquqlarını müdafiə edən dünyanın periferiya hərəkatı kimi 1955-ci ildə Bandunq şəhərində yaradılıb. Həmin vaxt bloklardan kənarda qalan ölkələrin hüquqlarını müdafiə etmək çətin idi. O zaman fövqəldövlətlər beynəlxalq sistemin özəyini təşkil edirdilər. Lakin artıq 1970-ci illərin əvvəllərindəki neft ixracatçılarının istehlakçı ölkələr qarşısında enerji və xammal istehsalçılarının gücünü təsdiqləməyə imkan verdi. “COVID-19” pandemiyası və sonra Ukrayna müharibəsi özünü siyasi cəhətdən təsdiqləyən mərkəzin yaranmasına kömək etdi.

Qərb üçün əsas çağırışlar

Qoşulmayan ölkələrin yüksəlişi onların iqtisadi yüksəlişinin birbaşa nəticəsidir. O da məlum oldr ki, qloballaşmanın əsas benefisiarları məhz “inkişaf etməkdə olan bazarlar”, yəni keçmiş inkişaf etməkdə olan ölkələrdir. Qloballaşma Qərblə Şərq arasındakı sərvət fərqini üçdə birdən çox azaldıb və bu gün Şərq qlobal ÜDM-in 52%-ni təşkil edir. Qoşulmayan ölkələr arasında ticarət xüsusilə Asiya-Sakit Okean regionunda ticarətin ən dinamik komponentidir. Qloballaşmanın tüğyan etdiyi bir vaxtda inkişaf etməkdə olan ölkələr müxtəlif böhranlara tab gətirmək qabiliyyətini nümayiş etdirdilər. Onlar yerli istehsalı şaxələndirmək və genişləndirməklə “yeni təcrid”ə uyğunlaşırlar.

Eyni zamanda, Qərb ölkələri bir sıra məğlubiyyətlə başa çatan müharibələr (Əfqanıstandan tutmuş Fransanın Saharanın cənubundakı ölkələrdəki son uğursuz hərəkətləri - Mali və s.) nəticəsində dünya nizamına nəzarəti itirdi. 2008-ci il böhranından sonra Qərbdə kapitalizm daha da sərtləşdi. Qərb pandemiya zamanı əhalisini qoruya bilmədiyini açıq-aşkar göstərdi. Beləliklə, ABŞ-ın geri çəkilməsi və Avropanın acizliyi Şərq ölkələri ilə asanlıqla dil tapan avtoritar imperiyalar tərəfindən doldurulmağa başlayan strateji boşluq yaratdı. Bu gün onlar nəinki Qərbdən asılılıqdan xilas olublar, hətta ona getdikcə daha çox düşmən münasibət bəsləyirlər.
Qoşulmayan ölkələrin Ukraynada xüsusi əməliyyat məsələsində Rusiyaya verdiyi dəstək Qərb üçün mühüm xəbərdarlıqdır. Belə çıxır ki, bizim hamımız, azad ölkələr, avtoritar imperiyaların silahı altındayıq. Tarixin getdikcə universallaşdığı bir dövrdə, həqiqətən çoxqütblü dünyanın hökm sürdüyü bir dövrdə Qərb özünü böyük təhlükəyə atmaqdan qorxmasa Şərqi itirə bilməz. Buna görə də, Qərb inkişaf etməkdə olan ölkələrə qarşı açıqlığı Pekin-Moskva oxuna cavab strategiyasına daxil etməlidir. Bu ölkələrə qida ilə bağlı çətinliklərə dərhal reaksiya göstərməli, fövqəladə humanitar böhranları aradan qaldırmağa yardım edilməlidir.
Rusiyanın Ukraynadakı əməliyyatı dünya düzənini dəyişəcəkmi?

Moskvanın Qərbdən uzaqlaşması son iki onillikdə dərinləşib və Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra isə yekunlaşıb. Moskvanın iddialarını sadalamağa ehtiyac yoxdur: NATO-nun şərqə doğru genişlənməsi; 1999-cu ildə Serbiyanın bombalanması; Corc Buş administrasiyasının Anti-Ballistik Raket Müqaviləsini rədd etməsi və İraqı işğal etməsi; Gürcüstan, Qırğızıstan və Ukraynada “rəngli inqilablar”, eləcə də 2011-ci ilin “ərəb baharı” (Kreml burada Amerika və Avropanın demokratiya tətbiq etmək cəhdlərini gördü). Amerikanın vətəndaş cəmiyyətinə dəstəyi və despotlara qarşı xalq üsyanları rus siyasətçiləri tərəfindən ənənəvi həyat tərzinə qarşı informasiya müharibəsi kimi təqdim olunur və onlar güclü əks tədbirlər tələb edirlər. Gürcüstan və Ukraynanın NATO-ya qoşulması perspektivi Moskva üçün qırmızı xəttə çevrilib.

Ukrayna müharibəsi avropalıları Rusiyanın qonşularına qarşı aqressiv niyyətlərinə inandırdı, NATO birliyini gücləndirdi (Finlandiya və İsveç artıq üzvlük məsələsini həll ediblər). Bununla belə, dünyanın qalan ölkələrində Rusiyaya qarşı tənqidlər daha təmkinlidir və bu, Putinin Şərqə və Qlobal Cənubda Rusiya diplomatiyasına ictimai şəkildə yönəlməsinə haqq qazandırır. Xüsusilə Asiya qitəsi daha çox dəstəkləyici mühitdir və bu, Rusiyanın Asiya-Sakit okean regionuna doğru dönüşünü sürətləndirir.

Moskvanın regionda əsas strateji tərəfdaşı Çindir. Pekin Olimpiadası başlamazdan əvvəl keçirilən görüşdə Vladimir Putin və Si Sinpin Çin-Rusiya tərəfdaşlığını “məhdudiyyətsiz” adlandırıblar. Uzun müddətli birgə bəyanatda onlar NATO-nun genişlənməsini pisləyib və “bəzi dövlətlərin” qlobal təhlükəsizliyə xələl gətirən birtərəfli hərbi üstünlük arzusunu tənqid ediblər. Çinin dəstəyi, ən azı dolayısı ilə Putini xüsusi əməliyyata başlamağa sövq etdi, baxmayaraq ki, Pekində bir çoxları hadisənin baş verəcəyinə o qədər də inanmırdılar.
Çin və Rusiya ABŞ-ın rəhbərlik etdiyi "azad və açıq" Hind-Sakit Okeana həmrəylik və müxalifət nümayiş etdirərək, Dördlü sammitə Yaponiya dənizi və Şərqi Çin dənizində birgə bombardmançı təyyarələrlə cavab verdilər. Çin-Rusiya tərəfdaşlığı ABŞ-ın birtərəfliliyinə və beynəlxalq hökmranlığına qarşı çıxır, ABŞ demokratiyasının inkişafına və bütün dünyada vətəndaş cəmiyyətinə dəstəyinə və strateji planlaşdırmaya mane olur, Vaşinqtonu iki müharibə meydanında çətinliklərlə üzləşməyə məcbur edir. Rusiya hərbçiləri Sibirdən və Rusiyanın Uzaq Şərqindən qoşunlarını Ukrayna münaqişə zonasına məhz ölkənin şərq sərhədlərini heç bir şeylə təhdid etmədiyinə əmin olduqları üçün yerləşdiriblər. Moskva bir əsrdə, hətta daha çox olmasa da, ilk dəfədir ki, iki fərqli cəbhədə təhlükəsizlik təhdidləri ilə üzləşmir. Əksinə, çox güman ki, Qərbin Ukrayna münaqişəsi ilə məşğul olması Çini Tayvana, hətta Cənubi Çin dənizində və Hindistanla mübahisəli sərhəddə təcavüzə qarşı addım atmağa sövq edəcək.

Bəli, dünya heç də Qərbin düşündüyü kimi tərtib olunmur. Mizan-tərəzinin dəstəyi, o cümlədən daşları fərqli tərəflərin əlindədir. Rusiya və hələlik gizlində qalmağı bacaran Çin dünyada ABŞ-lı Qərbin sanksiyalara məruz qoyduğu, iqtisadi çətinliklərlə baş-başa qoyduğu ölkələri – sanksiyalıları öz ətrafında toplamaqdadır. Bu ölkələr də gələcəyin böyük qüvvəsi kimi görünürlər. Bunu Qərb dünyası da bilməmiş deyil. Sanki bunun baş verməsinə fürsət yaradırlar. Ola bilsin ki, bəzi dünya güclərinin planında olduğu kimi dünyanı daha effektiv, birdəfəlik dağıtmaq üçün böyük toqquşmalara hazırlaşırlar.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...