Sülh bölgənin dinamik inkişafına təkan verəcək ŞƏRH

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il işğal altında saxlanılmasına baxmayaraq, Azərbaycan tərəfi münasibədən sonra vəziyyəti normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyini gizlətmir və bu müqavinin baş tutmasını lazımlı addım sayır. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.

Dünyanın aparıcı dövlətlərinin nümayəndələri xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahidi olmuş və dağıntıların tam miqyasınıgözləri ilə görərək tarixin yaddaşında qalmaq üçün sənədləşdirmişlər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirəcək.Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidiBütün bunlara baxmayaraq Azərbaycan heç kimin köməyinə ehtiyacı olmadan bu işin də öhdəsindən layiqincə gələcək və dünyada analoqu olmayan bölgəyə çevriləcək.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə