"Görüş tarixi əhəmiyyət daşıyır" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri özbək Prezidenti Şafkat Mirziyoyevin də dediyi kimi tarixi xarakter daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq münasibətləri davam etdirilir: “Təhlükəsizlik, kənd təsərrüfatı, yeni texnologiyalar sahəsində qarşılıqlı yatırımlar həyata keçirilir. Əslində müvafiq bir fondun da yaradılmağı bu prosesin sürətlə maliyyələşdirərək inkişafının zəmanətidir. Ölkə başçısı İlham Əliyev təkcə Özəbəkistanın paytaxtına deyil, həm də Ülgen bölgəsinə səfər etmişdir. Düşünürəm ki, Azərbaydan Özbəkistan qardaşlığının böyük potensialı var. İki dövlətin bir-birini dəstəkləyərək daha da günclənməsi üçün böyük tədbirlər planı hazırlanır. Azərbaycan və Özbəkistan münasibətləri həqiqi qardaşlıq münasibətləridir. Gələcəkdə iki dövlətin birgə fəaliyyəti ilə bağlı ciddi işlər görülür. Azərbaycan və Özbəkistan dövlətlərinin əməkdaşlığı olduqca önəmlidir. Bu görüş tarixi əhəmiyyət daşıyır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...