YAP Yasamal rayon təşkilatında görüş keçirilib FOTOLAR

YAP Yasamal rayon təşkilatında görüş keçirilib FOTOLAR

"Zahid Xəlilov küç. 35" ünvanında (53 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlarla görüş keçirilib. Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "Zahid Xəlilov küç. 35" ünvanında (53 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova, sədr müavini Şair Quliyev və üzvlər iştirak ediblər.İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan "Zahid Xəlilov küç. 35" ünvanında (53 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova bildirdi ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, o cümlədən ölkəmizin müstəqillik dövrü müstəsna əhəmiyyətə malik olan siyasi hadisələrlə zəngindir. Bunlardan biri də müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Şübhəsiz ki, bu partiya qurulmasaydı və xalqımızın Ümummilli Lideri ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək mümkün olmazdı. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli tarixinin yeni qürur dolu səhifələri yazılır.

Sonra Yeni Azərbaycan Partiyası və onun ölkəmizin ictimai-siyasi həyatındakı rolundan bəhs olunan videoçarx nümayiş etdirilib.Çıxış edən "Zahid Xəlilov küç. 35" ünvanında (53 saylı tam orta məktəb) yerləşən ərazi partiya təşkilatının sədr müavini Şair Quliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası vətənimizin ən böyük siyasi partiya olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Heç şübəhsiz nüfuzlu güc mərkəzinə çevrilməsinin şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır.Sonda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yarandığı vaxtan bu günədək ölkəmizin əldə etdiyi misilsiz nəaliyyətlərində rolundan söz açıb. O qeyd edib ki, yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu: “Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünə qayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 30 il bundan əvvəl YAP-ın təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Çıxışına davam edən B.Nəbiyev bildirdi ki, təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi.Görüşün sonunda "Zahid Xəlilov küç. 35" ünvanında (53 saylı tam orta məktəb) ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə