Xalqın qəlbində əbədilik qazanan Ulu Öndər ŞƏRH,

Xalqın qəlbində əbədilik qazanan Ulu Öndər ŞƏRH,

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, dövlətin xarici siyasətində də əsaslı islahatların həyata keçirilməsinə başlandı. Həqiqətən də o dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac vardı.Ulu öndər Heydər Əliyevin irsinin dərk edilməsi özlüyündə çətindir. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz yerini tutdu. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Belə ağır zamanda xalqın təkidlə Heydər Əliyev Azərbaycana qayıtdı və qısa bir müddətdə cəmiyyət Heydər Əliyevin ətrafında birləşdi. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ayrı–ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan ordu yaradıldı. 1993-cü il 24 iyunda Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi respublikadakı hərbi-siyasi gərginliyi xeyli səngitdi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Azərbaycanın tarixinə səyahət etsək açıq-aydın görərik ki,sınaqlardan keçmiş əsrləri - illəri vardır. Hər bir xalqın, ölkənin elə günləri olur ki,tarixə çevrilərək nəsildən - nəslə ötürülür,anılır. Ölkənin tamamilə məhv olmaq təhlükəsi ilə üzbəüz olduğu bir vaxtda, xalq çıxış yolu axtarırdı. Bu dönəmdə xalq səslədi, Heydər xalqım dedi . 1993 -cü ildə 98, 80 faiz səslə ölkəyə Prezident seçildi. İnanın şahidi oldum ,insanlar necə sevinc içində idi, hətta bir -birlərini ayaqyalın qaçıb xəbər verirdilər. Ümummilli lider Azərbaycan tarixində əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Hakimiyyətdə olduğu bütün dövrlərdə əsas qayəsi külli düşüncə, milli iradə, azərbaycançılıq olan Heydər Əliyevə xalqın inamı hər zaman onu ucaltmış, hətta ona qarşı həsəd və qısqanclıq hissləri yaratmışdır. Bizim xalqın da özünəməxsus tarixi vardır. Onun fikrincə müstəqilliyi qazanmaq şərt idisə, ən vacibi onu qoruyub saxlamaq, inkişaf etdirmək, gücləndirmək idi. Ulu Öndər bunu reallığa çevirdi. Qazanılan nailiyyətlərin əsasında Heydər Əliyevin məqsədyönlü siyasəti dururdu. Onun nəticəsidir ki, Prezident İlham Əliyev bu missiyanı uğurla həyata keçirtdi. Ulu öndərimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək istiqamətində böyük səy və əzmkarlıq göstərməkdədir.

Ülviyyə Süleymanova

Tərtər rayon Düyərli kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə