“Tarixin arxivinə gömülən Dağlıq Qarabağ” adlı tədbir keçirilib - FOTOLAR

“Tarixin arxivinə gömülən Dağlıq Qarabağ” adlı tədbir keçirilib - FOTOLAR

İmişli rayon Heydər Əliyev Mərkəzində YAP İmişli rayon təşkilatının “Ü.Hacıbəyov” ərazi partiya təşkilatının fəal üzvləri ilə “Tarixin arxivinə gömülən Dağlıq Qarabağ” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və YAP fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər ordusu 30 illik acı həsrətimizə son qoyaraq Qarabağı düşmən tapdağından azad etdi. Biz əzəli Azərbaycan torpağı Qarabağa qovuşduq. Natiq cənab İlham Əliyevin “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Qarabağ var” sitatını əsas gətirərək artıq Qarabağ iqtisadi zonasının yaradılmasından və Qarabağa aid rayonların orada biləşməsindən söhbət açıb.

Çıxış edənlər Ermənistanın məğlub olduğunu və çox yaxın zamanda qalib Azərbaycanın bütün şərtlərinə əməl edəcəyini vurğulayaraq cənab İlham Əliyevin uğurlu diplomatiyası sayəsində regionda sülhün bərqərar olacağından danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə