"26 iyun tarixində G7 sammitinin keçirilməsinin əsas məqsədi Rusiya-Ukrayna arasında olan müharibə ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ABŞ və Kanada başda olmaqla Yaponiyanın da Rusiya ilə öz haqq-hesabları var: "Bildiyimiz kimi iyunun 23-24 tarixlərində Ukraynanın, Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlüyünə qəbul edilməsi ilə bağlı toplantı keçiriləcək. Onlar Rusiyanı qıcıqlandırmağa, aqressivləşdirməyə çalışırlar. G7 sammitində Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı şübhəsizdir. Sammitdə həmçinin dünyada gedən proseslərə münasibət bildiriləcək.
Bildiyimiz kimi Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olaraq dünyada çox ciddi qlobal ərzaq problemi var. Çox güman ki, sammitdə bu problem də müzakirə ediləcək. Bu sammit antiRusiya mövqeyində olan dövlətlərin gələcək perspektivini müəyyən edəcək”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB