IX Qlobal Bakı Forumu: Sabit və təhlükəsiz dünya üçün Azərbaycandan növbəti çağırış ŞƏRH

IX Qlobal Bakı Forumu: Sabit və təhlükəsiz dünya üçün Azərbaycandan növbəti çağırış ŞƏRH

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu geniş tərkibdə öz işinə başladı. Forumun miqyası və qarşıya qoyduğu məsələlər Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla, dünyada gedən proseslərin müzakirəsi formatında mühüm siyasi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Azərbaycan- Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı bəyən etdiyi fikirləri həm də regionda sülhün, sabitliyin bərqərar olmasına çox mühüm töhfədir. Dövlətimizin başçısı, tarixi nitqində “Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir” kimi mesajı bu gün sülhə təhdid olan bütün qaynar nöqtələrdə Ermənistanın avantürasının timsalında dövlətlərin səylərinin artırılmasının vacibliyini önə çəkmişdir. Dövlət başcısı haqlı olaraq prinsipiallıqla bildirdi ki, “Əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq”. Eyni dərəcədə Azərbaycanın dövlət başçısı dünyadakı münaqişələrin sülh yolu ilə həllinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini zəruri məsələ kimi bütün iştirakçıların qarşısında qoydu. Bu çağırışlar uzun illərdir ki, Azərbaycandan dünyaya səsləndirilir və xalqımızın iradəsi nəticə etibarı ilə dünyaya sübut etdi ki, sülh qaçılmazdır. Ona adekvat yoxdur və işğalçılığın aqibəti iflasdır, siyasi tənəzzüldür.....

Vətən müharibəsinin siyasi təhlili ilə bütün dünyaya aydın oldu ki, Azərbaycan sülhpərvər siyasət yürüdür, beynəlxalq aləmdən və dövlətlərdən tələbi və tövsiyəsi də budur. Ancaq sülh təkcə Azərbaycana deyil, bütün dünyaya lazımdır. Günahsiz insanların taleləri ücün, dünyada ədalətin hökm sürməsi üçün lazımdır, bəşəriyyətin sabit gələcəyi ücün lazımdır. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər təkcə ölkəmiz üçün deyil, regionun və dünyanın gələcək inkişafı üçün yol xəritəsi hesab edilməlidir. İkinci mühüm məsələ kimi aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun nədən ibarət olması həmçinin miqrantların potensial artımı ilə bağlı yaranmış vəziyyətin tənzimlənməsi və enerji bazarlarındakı vəziyyətin müzakirəsi kimi qlobal problemlərin gündəmə gətirilməsi aktual və düşündürücüdür. Dövlət başcısı qeyd etmişdir ki, “istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyin mövcudluğu istehsalçılar üçün də riskdir. Əgər kimsə neft və qaz istehsal edən ölkələrin bu yüksək qiymətlərə görə çox sevindiyini düşünürsə, bu, düzgün dəyərləndirmə deyil. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar - istehsalçılara həqiqətdə bu, lazımdır. Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylər buna yönəlib. Bütün bunlar yeni çağırışlardır. Mənim indi dediklərim altı ay bundan əvvəl burada əyləşərək söylədiklərimdən tamamilə fərqlidir. Bu, onu göstərir ki, hər şey dəyişə bilər, hər şey dəyişir və heç nə sabit deyil”. Deməli, bu problem bütün bəşəriyyətin taleyinə güclü təsir yarada bilər və siyasi təhlükəsizlik qədər, bir-birinə bağlı olan qlobal məsələdir. Odur ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu yeni dünya düzənində sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması yolunda Azərbaycandan dünyaya növbəti çağırışdır, baş verə biləcək risklərin qarşısının alınmasında səmərəli dialoq ücün cox böyük töhfədir, fürsətdir.

Sənan Həsənov

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə