Azərbaycan yenidən ən yüksək səviyyədə təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Son illərin siyasi gündəliyinə baxdıqda görürük ki, dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər ilk olaraq Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli üçün qərarlar qəbul edilir. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da bu baxımdan çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışında aparılan müzakirələr və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyini qeyd etdi.Müasir dünyada baş verən geosiyasi proseslər fonunda bütün ölkələrdə vəziyyət qeyri-sabitdir. Müxtəlif çağırışlar meydana çıxır ki, bütün bunların da həlli müzakirələrdən keçir. Hazırda dünyada böhran qaçılmazdır. Böhranla mübarizədə aparıcı beynəlxalq institutların, habelə aparıcı maliyyə institutlarının rolu müəyyən olunur. Beləki,beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar. Ziddiyyətli proseslər fonunda enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmaq olduqca çətindir. Mövcud vəziyyət də istehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyə yol açır və risk yaradır.
Azərbaycan regionda sabitlik və inkişaf naminə sülhün bərqərar olmasında maraqlıdır. Cənab Prezident İlham Əliyev çıxışında Qarabağla bağlı fikirlər söyləmiş və bildirmişdir ki, “Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycan bu istiqamətdə əməli addımlar atır, belə ki, artıq sərhədin delimitasiyası ilə bağlı ölkəmiz komissiya yaradıb. Azərbaycan eyni addımı Ermənistandan da gözləyir. Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini irəli sürüb”.
IX Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin çıxışında digər mesajlardan biri ATƏT-dən mandat almış Minsk qrupu ilə bağlı idi. Dövlətimizin başçısı çıxışına bunu da əlavə edərək:” Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib”.
44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli idi. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələri vəziyyəti kökündən dəyişməklə yanaşı, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 28 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. Hal hazırda Minsk qrupu öz funksiyasını itirib. İndi Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünür və sülh müqaviləsi imzalamaqda maraqlıdır.
Aişə Quliyeva
Bakı şəhəri Buzovna qəsəbəsi İ.Tağıyev adına 26 №li tam orta məktəbin informatika müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB