"Azərbaycan-Türkiyə arasındakı münasibətlər tarixən hər zaman müsbət olub" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixən hər zaman müsbət olub. Eyni zamanda Şuşa Bəyannaməsindən sonra Azərbaycanla Türkiyə arasındakı münasibətlər yeni mərhələsinə qədəm qoyub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Qars müqaviləsi ilə müqayisə olunur: “Müasir dövrümüzdə Şuşa Bəyannaməsinin ən böyük əhəmiyyəti odur ki, əgər Türkiyə və ya Azərbaycana hər hansı bir xarici müdaxilə olunarsa bir mövqedən bu məsələlərə yanaşılacaq. Bu təkcə siyasi və hərbi mənada yox, eyni zamanda iqtisadiyyat baxımından Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin yüksəldilməsini səciyyələndirir. Çünki yaxın dövr ərzində bizim ticarət dövriyyəmiz müqavilədə göstərildiyi kimi 15 milyard dolları ötüb keçəcək. Bu həm də turizm sahəsinə öz təsirini göstərəcək. İqtisadiyyatın bütün sektorlarını əhatə edəcək böyük proqramlar mövcuddur. Qeyd etdiyim kimi bu həm də siyasi, iqtisadi, hərbi blok deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB