"Azərbaycan ordusunun döyüş ruhu yüksəkdir" - HƏRBİ EKSPERT DANIŞDI
“26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, şəhid ailələrini, qazilərimizi eyni zamanda bütün silahlı qüvvələrinin şəxsi heyətini, hərbiçilərimizi təbrik edirəm”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, 26 iyun həmçinin ümumxalq bayramıdır: “Biz bu günü 2020-ci ilin 8 noyabrından sonra daha böyük qürur hissi ilə qeyd edirik. Çünki artıq 26 iyun qalib ordunun bayramıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı böyük qələbələr əldə edib. Ordumuz bu gün gücünü daha da artırıb. Müharibə bir daha göstərdi ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycan Silahlı Qüvvələri qardaş Türkiyə ilə birlikdə çox sıx hərbi əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində hərbi təlimlər keçirilir. Xüsusi təyinatlı hərbi hissələr yaradılıb ki, onlar dağda, meşədə, istənilən şəraitdə qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirmək qüvvəsinə malikdir.
Bu gün ordumuz müasir standartlara cavab verən silah-sursatlarla, texnikalarla təmin olunur. Artıq kadr potensialı güclənərək, hərbi akademiyalarımız yaradılır. Həmçinin dənizçilik, təyyarəçilik mərkəzləri istifadəyə verilir ki, bunlarda hərbi məktəblərin tabeliyində olur. Bütün bunlar güclü kadrların yaranmasına səbəb olacaq. Türkiyədən və Pakistandan ölkəmizə bir sıra təlimçilər gələrək bizim hərbiçilərimizə təlimlər keçirlər. Azərbaycan ordusunun müharibədə əldə etdiyi nailiyyətləri görə dünya ölkələrinin hərbi akademiyaları və müəsissələri 2-ci Qarabağ müharibəsini araşdırırlar. Azərbaycan ordusunun döyüş ruhu yüksəkdir. Bu ordu Heydər Əliyev və İlham Əliyev ordusudur. Bu orduya da qələbə yaraşır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB