YAP Sabunçu rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər FOTOLAR

YAP Sabunçu rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət ediblər FOTOLAR

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatları və fəalları tərəfindən şəhid ailələrinin ziyarəti davam edir. Təşkilatın Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 9 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Taleh Cavadov və üzvləri 44 günlük Vətən müharibəsində şəhid olmuş Feyzullayev Aydın Zakir oğlunun ailəsində olmuşlar. Fəallar şəhid ailəsinin problemləri ilə yaxından maraqlanmış, daim bu ailələrin yanında olmağı mənəvi və vətəndaşlıq borcları olduğunu bildirmişlər. Şəhidin ailə üzvləri də onlara dövlətimiz və dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə