“Ermənistan müxalifəti geosiyasi güc mərkəzlərinin sifarişlərini yerinə yetirirlər” AÇIQLAMA

“Ermənistan müxalifəti geosiyasi güc mərkəzlərinin sifarişlərini yerinə yetirirlər” AÇIQLAMA

“Bəllidir ki, erməni müxalifəti Paşinyanı Azərbaycanla müharibədə məğlubiyyətə görə suçlayır, eyni zamanda, Qarabağ ətrafında gedən danışıqlarda Azərbaycanın mövqe üstünlüyü əldə etməsini də müxalifət Baş nazirin səbatsız siyasəti ilə əlaqələndirir. Müxalifət tərəfindən getdikcə artan təzyiqlər isə Paşinyanı öz hakimiyyətini qorumaq, Ermənistan seçicilərinin etimadını itirməmək üçün əks arqumentlərə müraciət etməyə sövq edir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Paşinyan erməni müxalifətinin liderlərindən olan Koçaryan və Sarkisyanı bilərəkdən Qarabağla bağlı danışıqlarda gerçəklikləri təhrif etməkdə və Ermənistan ictimaiyyətini azdırmaqda günahlandırır: “Paşinyan bəyan edir ki, əvvəlki iqtidarların vaxtında Qarabağla bağlı danışıqların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılmasına razılıq verməklə ən böyük səhvə məhz onlar yol vermişdilər. Digər tərəfdən, Ermənistanda korrupsiya məhz onların vaxtında tuğyan etmiş, bu isə ölkənin iqtisadi durumuna və ordunun modernləşdirilməsi işinə təsirsiz ötüşməmişdir. Maraqlıdır ki, bu amilə Azərbaycan Prezidenti İlham Əliyev də münasibət sərgiləyərkən Ermənistan ordusunun məhz əvvəlki iqtidarların hakimiyyəti dönəmində kompleksləşdirildiyini və buna görə də Ermənistanın məğlubiyyətinə görə məhz onların daha böyük məsuliyyət daşıdıqlarını qeyd etmişdir. Lakin etiraf etmək lazımdır ki, "Qarabağ Ermənistanı" kimi məsuliyyətsiz bəyanatı, məhz Paşinyan səsləndirmiş və bundan sonra Qarabağla bağlı ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar dalana dirənmiş, müharibə qaçılmaz olmuşdur. Məşhur “Valday forumu”nda Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır və !" bəyanatını səsləndirməsi bir daha Ermənistan və onun havadarlarına bəlli olmuşdur ki, Azərbaycan xalqı, onun dövləti və ordusu Ali Baş Komandanın çağırışı ilə bu mücadilədə geri çəkilməyəcək. Paşinyan və erməni müxalifətinin qarşılıqlı ittiham və iradları isə əlbəttə hazırda Ermənistanda hakimiyyət uğrunda iqtidar və müxalifət arasında gedən mübarizənin reallıqların dan irəli gəlir, tərəflər bir tərəfdən elektoral bazalarını itirməmək, digər tərəfdən isə məlum geosiyasi güc mərkəzlərinin sifarişlərini yerinə yetirərək korporativ maraqları uğrunda mübarizə aparırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə