İşğaldan azad olunmuş ərazilərimizdə son vəziyyət necədir? - MİLLƏT VƏKİLİ AÇIQLADI
“Torpaqlarımız hələ Ermənistanın işğalı altında olarkən Azərbaycanın hakimiyyət orqanları tərəfindən Böyük Qayıdış Planı hazırlanırdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, böyük zəfərdən sonra isə bu plan reallıqlara uyğun şəkildə hazırlanaraq, həyata keçirilməyə başlanıldı: “Ermənistanın işğal etdiyi ərazilərdə törətdikləri vəhşiliklərin maştapı müəyyənləşdirildi. Bu işə xarici mütəxəsisslər də cəlb edilərək, onların vurduğu ziyan müəyyən edildi. Təbii ki, bunun üçün də beynəlxalq məhkəmələrə müraciət ediləcəkdir. Digər tərəfdən isə torpaqlarımızın böyük hissəsinin Ermənistan hərbiçiləri tərəfindən minalandığı məlum oldu. Minalardan təmizləmək isə böyük zəhmət və vaxt tələb edən məsələdir. Bununla belə əsas ərazilərimiz minalardan təmizlənir və eyni zamanda quruculuq işləri gedir.
İşğaldan azad olunmuş ərazilərimizdə kommunikasiya qurularaq yollar çəkildi, elektrik xətləri bərpa edilərək, su kanalizasiya xətlərinin qurulması üzərində böyük işlər görüldü. Həmçinin mobil rabitə stansiyaları quruldu. Bütün bu proseslər hələ də davam etdirilir. Cənab Prezidentin tapşırığı ilə şəhər və kəndlərimizin baş planının hazırlanması işi həyata keçirildi. Bunun nəticəsində artıq Zəngilanın Ağalı kəndi bərpa edildi və vətəndaşlaırmızın ora köçürülməsi prosesi həyata keçirilir. Artıq sentyabrın 1-də Ağalı kəndində orta məktəblərdə ilk dərslər başlayacaq. Rayon mərkəzlərinin təqdimatı keçirilib və orada yaşayış binalarının, sənaye müəsissələrinin tikintisi üzrə böyük işlər gedir. Hazırda işğaldan azad olunan ərazilərdə 4 məktəbin inşaası davam edir. Təbii ki, məktəblərimizin sayı getdikcə artacaqdır. Bunlarla yanaşı işğaldan azad olunan ərazilərdə real vəziyyətlə tanış olmaq üçün xarici ölkələrin mətbuat nümayəndələrinin və tanınmış şəxslərin bu regiona səfər etməsi üçün turlar təşkil edilir. Bu günlərdə bir qrup səyyahın həmin ərazilərə səfər etməsi dağıntıların vəziyyəti, Azərbaycanın hansı vəhşiliklərə məruz qaldığını bütün dünya ictimaiyyətinə çatdırması üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyətinin nümayəndələrinin də həmin ərazilərə səfəri təşkil edilir, həmçinin vətəndaşlarımızın müntəzəm olaraq Ağdama, Şuşaya və Füzuliyə getməsi üçün şərait yaradılır. Alimlərimiz də bu işdən kənarda qalmır və real vəziyyətin öyrənilməsi üçün böyük işlər görür və yenidənqurma işləri üçün layihələr hazırlayırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB