IX Qlobal Bakı Forumu fərqli siyasi görüşləri olan insanların öz fikirlərini dünyaya çatdıra biləcəyi platformadır. Dünyanın 50-dən çox ölkəsinin siyasi xadimlərinin iştirak etdiyi IX Bakı Qlobal Forumunda yeni reallıqlarla bağlı mühüm əhəmiyyətə malik təkliflər səsləndirildi. IX Qlobal Bakı Forumun Azərbaycan və region üçün əhəmiyyəti böyükdür. Belə bir Forumun Bakıda baş tutması Azərbaycanın regionda müxtəlif qlobal tədbirlərin keçirildiyi mərkəz olduğunu, dialoq və mədəniyyət məkanı sayıldığını bir daha bütün dünyaya sübut edir. Beynəlxalq əhəmiyyətli istənilən forum, istənilən konfrans ona ev sahibliyi edən ölkənin imicinə, nüfuzuna müsbət təsir göstərir . Beynəlxalq tədbirlərin paytaxt Bakı şəhərində keçirilməsi ölkəmizin , eləcə də paytaxt şəhərimizin dünyada daha da tanınmasına səbəb olur. Bununla yanaşı, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev bu forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini bildirib. Forumda İlham Əliyev beynəlxalq birliyi qlobal təhdidlərə qarşı həmrəyliyə çağırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumdakı səsləndirdiyi bəyanatlar həqiqəti əks etdirməsi və dünyada sülhün möhkəmlənməsini hədəfə alması ilə böyük maraqla qarşılandı. Dövlətimizin başçısı Azərbaycan–Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirdi, iştirakçılarda bölgədə yaranmış reallıqlar barədə aydın təsəvvür yaratdı. O, beynəlxalq auditoriyaya yönəlik açıqlamasında bildirdi ki, Qafqaz regionda sülhün, əməkdaşlığın bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, vəziyyəti yenidən gərginləşdirə biləcək revanşist niyyətlərdən imtina etməlidir. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının önəmini bu forumda da vurğuladı, bununla bağlı dövlətimizin prinsipial mövqeyini açıqlayaraq bildirdi ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmağın mənası olmaz.
Müzəffər Ali Baş Komandan növbəti dəfə Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə sərt xəbərdarlığını da edərək bildirdi ki, “Əgər Ermənistanın Qarabağdakı ermənilər üçün status tələbi davam edəcəksə, bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub ölkə 44 günlük İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.”
Forumdakı çıxışında Prezident İlham Əliyev dünyadakı mövcud münaqişələrin dinc yolla həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ədalətli dünya nizamının vacibliyini də xüsusi qeyd etdi. O, Azərbaycanın sülh və tərəqqiyə necə böyük önəm verdiyini bir daha dünyanın nəzərinə çatdırdı. Ölkə rəhbərinin forumda səsləndirdiyi fikirlər, təkcə ölkəmiz üçün deyil, region və bürün dünyanın gələcək inkişafı üçün də ən önəmli məqamları gündəmə gətirdi. Forum müstəqil Azərbaycan dövlətinin humanist hədəflərini sərgiləməsi ilə ölkəmizə olan beynəlxalq marağa yeni dividentlər qazandırdı. Fərəhli haldır ki, on il əvvəl möhtərəm Prezidentimizin himayəsi ilə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz fəaliyyətinin əsasını təşkil edən birbaşa vəzifələrlə bərabər, bu həyati məsələlərə də biganə qalmır və adekvat tədbirlər keçirır, aktivlik nümayiş etdirir. Mərkəzin təşkilatçısı olduğu Qlobal Bakı forumları bunun parlaq ifadəsidir. Forumda dövlət başçımızın açıqladığı dəyərli fikirlər o mərama xidmət etdi ki, IX Qlobal Bakı Forumu dəyişiklikləri fəsadlarla dolu ola biləcək dünyanın qorunmasını önə çəkməsi ilə böyük əhəmiyyət daşıyır. Mötəbər beynəlxalq tədbirlərin məkanına çevrilən ölkəmiz bir daha təsdiq edir ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan artıq beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verən lider dövlətlərdəndir. Bakı Qlobal Forumu da bunu bir daha təsdiqləyir. Günün ən aktual çağırışlarını müzakirə etməyə imkan verən forumun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına mühüm töhfə verir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB