"Baydenin məqsədi gərginləşmə nöqtəsini zərərsizləşdirməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
“Baydenin yaxın şərqə səfəri bu ayın sonunda baş tutmalı idi. Amma düşünürəm ki, İsrailin təkidi ilə həmin səfər növbəti aya keçirildi. Çünki bu aykı səfərin qrafikində Səudiyyə Ərəbistanı yox idi. Amma iyul ayında baş tutacaq səfərin qrafikinə Səudiyyə Ərəbistan salınıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, bu səfər baş tutsa idi Bayden ancaq İsrailə, Fələstinə səfər edəcəkdi: “Görünən odur ki, təhlükəsizlik və ya digər səbəblərlə bağlı bu səfərin baş tutmasında İsrail maraqlı olmadı. Növbəti səfərin də qrafiki tam dəqiq deyil. Bu ABŞ-ın dövlət başçısının Fələstinə ilk səfəri olacaq. Uzun müddətdir ki, belə bir səfər olmayıb. Bundan əlavə yaxın şərqdə İsrail-Suriya, İsrail-İran münasibətləri çox gərgin vəziyyətdədir. İran yenə İsraili təhdid edir. Başa düşmək olmur ki, islam dövləti olan İran islamı təbliğ edir yoxsa İsraili təhdid edir. Görünən odur ki, İranın maraq dairəsində başqa mövzular var.
Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanla İsrail münasibətləri yüksək səviyyədə inkişaf edir. Səudiyyə Ərəbistanın özü də demokratik dövlətdir. Bu dövlətin Fələstinə təsir edə biləcəyini düşünən ABŞ həmin addımı atır. Fələstin uzun müddətdir ki, başqa dövlətlərin hesabına yaşayır. Bunların əsas məqsədi daha çox ianə toplamaq və hay-küy salmaqla nələrisə əldə etməkdir. Səudiyyə Ərəbistanın da böyük maliyyə resursları var. ABŞ yəqin ki, bu maliyyə resurslarından yararlanmağı planlaşdırır. Başqa mövzular da ola bilər. Bilirsiniz ki, Bayden silah satmaqla məşğuldur. Ola bilsin ki, Səudiyyə Ərəbistanına silah satsın. Amma bütün hallarda bu onun kommersiya məqsədi ilə həyata keçirəcəyi səfər deyil. Baydenin əsas məqsədi gərginləşmə nöqtəsini zərərsizləşdirməkdir. Yaxın və orta şərq bir çox dövlətin maraqlarının kəsişdiyi bir nöqtədir. Hazırda Suriyada ABŞ-ın, İranın, Rusiya və Türkiyənin maraqları toqquşur. Bu da heç də xoş olan bir şey deyil. Bütün bunların fonunda İran öz daxilindəki problemləri həll etmək üçün şans axtarır. 3-cü dünya müharibəsinin yeni bir qolunu gündəmə gətirməyi planlaşdırırlar. Bütün bunların fonunda Baydenin səfəri bunların qarşısının alınmasına xidmət edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB