ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir

ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir

Rusiya-Ukrayna müharibəsi səbəbindən bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.

“Xüsusilə Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolunu vurğulamaq istərdim. Həmçinin Əfqanıstanda ABŞ-a verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. NATO qoşunlarının və ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması asan olmadı. Azərbaycan hərbçiləri bizimlə sona qədər orada qaldılar. Biz bunu yüksək qiymətləndiririk", - deyə Karen Donfrid qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə