Bərdə rayon icra hakimiyyəti, YAP Bərdə rayon təşkilatı və Bərdə regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününü ilə bağlı tədbir keçirilib. Tədbirdən öncə YAP Bərdə rayon təşkilatının fəalları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək Onun əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər. Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova çıxış edərək ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında, müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində xilaskarlıq missiyasindan, Milli Qurtuluş Gününün dövlətçilik tariximizdə yeri və əhəmiyyətindən, Qurtulusdan Zəfərə gedən yolda ulu öndər Heydər Əliyevin layiqli varisi, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı müdrik uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışmışlar. Bildirmişlər ki, bayram bayrama qovuşub. Bu gün həm də Azərbaycan Türkiyə qardaşlıgının rəmzi olan tarixi Şuşa bəyannaməsinin imzalanmasından bir il keçir. Sonra tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərdən bir qrupuna YAP üzvlük vəsiqələri təqdim etmişdir.
Tədbir rəngarəng konsert proqramı ilə davam etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB