“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib
İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku" müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB