"Bu gün dünya heç vaxt olmadığı qədər qlobal təhdidlərlə qarşılaşır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün dünya heç vaxt olmadığı qədər qlobal təhdidlərlə qarşılaşır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu gün paytaxtımızda öz işinə başlamış IX Qlobal Bakı Forumu dünya nizamında baş verən proseslərə baxış baxımından böyük əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün dünya heç vaxt olmadığı qədər qlobal təhdidlərlə qarşılaşmışdır: "İqlim dəyişiklikləri və qlobal pandemiyanın buraxdığı mənfi izlər baş verən müharibələr fonunda daha da dərinləşmişdir. Forumda iştirak edən 50-dən çox ölkəni təmsil edən 400-ə yaxın nümayəndəsi Bakıda dünyanı narahat edən mühüm məsələləri müzakirə edirlər".

Deputat sözlərinə belə davam edib: "Forumun mövzusu bu gün daha çox aktuallaşmışdır. Dünyanın yaxınlaşdığı ərzaq böhranı, enerji resursları sahəsində yaranmış qlobal baxışlar və müharibələrin dialoq müstəvisinə keçirilməsi üçün yolların araşdırılması baxımından Bakı Forumu əvəzolunmaz beynəlxalq platformaya çevrilmişdir.

Prezident İlham Əliyev qlobal sülhün tərkib hissəsi olan Cəniubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasının vacibliyi ətrafında təşəbbüsləri ilə forum iştirakçılarını məlumatlandırmış və qlobal problemlərin aradan qaldırılmasında birgə səylərin göstərilməsinin vacibliyini qeyd etmişdir. Qlobal Bakı Forumu Azərbaycanın dünya üçün əhəmiyyətli bir tərəfdaş olduğunu özünü təqdim etməyimizə imkan verməklə yanaşı öz sösümüzü də dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyətli beynəlxalq platforma olduğunu hesab edirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə