"Azərbaycan müxtəlif konfransların, forumların keçirildiyi məkana çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ
"Bu gün Azərbaycan dünyada müxtəlif konfransların, forumların keçirildiyi bir məkana çevrilib. Biz davamlı olaraq Azərbaycanda müxtəlif forumların keçirildiyinin şahidi olmuşuq, burada mədəniyyətlərarası dialoqları, dinlərarası dialoqları, eyni zamanda qlobal forumu qeyd edə bilərik. Bu qlobal forumun çox böyük əhəmiyyəti var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün dünyada bildiyiniz kimi Davos iqtiadi forumu var, Münhen təhlükəsizlik konfransı var: "Davos formunda iqtisadi məsələlər, Münhen konfransında isə təhlükəsizlik məsələləri müzakirə edilir. Bakı Qlobal Formunda isə bütün mövzular üzrə müzakirələr aparılır və burada müasir dünyamızı narahat edən məsələlər geniş bir formada müzakirə və təhlil edilir. Dünyanın müxtəlif ölkələrindən vaxtilə prezident işləmiş , mühüm postlarda çalışmış insanlar ölkəmizə gələrək bu forumlarda, bu konfranslarda iştirak edirlər. Bu onu göstərir ki, Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da xaricdə ölkəmizə olan etimadı, inamı, etibarı daha da artırır və bu ölkəmizin bir çox sahələrdə qazandığı uğurlara dəlalət edir. Əlbəttə, burada prezident İlham Əliyevin rolunu biz xüsusi qeyd etməliyik. Azərbaycan dəfələrlə müxtəlif forumlarda, müxtəlif formatlarda müzakirələrdə öz mövqeyini, yanaşmasını nümayiş etdirib, BMT-də dəfələrlə qətnamələrlə çıxış edib, Qoşulmama Hərəkatı çərçivəsində çox mühüm addımlar atıb. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərin keçirildiyi məkana və mərkəzə çevrilib və bu da çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB