Azərbaycan Respublikası yenidən müstəqilliyini bərpa etsə də, ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Ölkə tənəzzülə uğrayırdı. Baş verən hadisələr çox acınacaqlı bir vəziyyət yaratmışdı. Bu vəziyyətdə dövlətin layiqli bir siyasi liderə ehtiyacı var idi. 1993-cü ilin iyun ayının 15-də xalqın təkidi və israrı ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Bununla da Azərbaycan düşdüyü bəlalardan Qurtuluş gününə başlanğıcı qoyuldu! Milli Qurtuluş günü tariximizdə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin Azərbaycan dövlətini məhvolma təhlükəsindən qurtararaq ölkəni ayaqda saxladığı gün kimi yaddaşlarda qaldı. Çökmüş olan dövlət iqtisadiyyatı yenidən dirçəlməyə başladı. Ölkə uğurlu inkişaf yoluna qədəm qoydu. Ən əsas məsələlərdən biri isə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanması oldu.
Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətini xalqa və dovlətçiliyə həsr etmişdir. Görkəmli siyasi lider xalqı öz arxasınca aparmağa qadir olan dövlət başçısı idi. Siyasi postda olduğu müddətdə bir çox uğurlu layihələrin səbəbkarı oldu, onlardan biri də "Əsrin Müqaviləsi"dir, hansıki müasir Azərbaycanın iqtisadiyyatının təməl nöqtəsi hesab olunur. Bağlanmış müqavilə ölkənin inkişaf strategiyasına müsbət təsirini qısa zamanda göstərmiş oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı inkişaf yolunun sarsılmaz bir xətti oldu və Milli Qurtuluş günü kimi yaddaşlarda qaldı. Bu gün Ulu Öndərin siyasi varisi, onun layiqli davamçısı və Ata vəsiyyətini yerinə yetirmiş olan cənab Prezident İlham Əliyev onun siyasi xəttini uğurla davam etdirir. Bununla da Ulu Öndər Heydər Əliyev ölkəyə Qurtuluş gətirdi, Cənab İlham Əliyev Zəfər yaşatdı. Yaşasın qüdrətli Azərbaycan!
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB