15 iyun Azərbaycan xalqının həyatını dəyişdi ŞƏRH

15 iyun Azərbaycan xalqının həyatını dəyişdi ŞƏRH

Hər kəsin həyatında elə gün var ki, onun həyatını tamamilə dəyişir və yeni həyatın başlanğıcı olur. 15 iyun elə bir tarixdir ki, bütün Azərbaycan xalqının həyatını dəyişdi. 15 iyun, sadəcə, bayram günü deyil. Bu təqvim günü siyasi, ictimai və tarixi gündür. Bu tarixi yazan isə Azərbaycanın müstəqilliyini qoruyub saxlanılmasında, inkişafında böyük rol oynayan Heydər Əliyevdir. Ölkəmiz 90-cı illərin əvvəllərində müstəqillik qazandı. Ancaq həmin müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətin idi. Çünki həmin dövrdə ölkəmiz xaos vəziyyətdə idi. Səriştəsiz iqtidar hakimiyyəti ölkənin xarici və daxili siyasətini bərbad vəziyyətə salmışdılar. Ölkədə vətəndaş qarşıdurması yaranmışdır. Belə bir vaxtda müdrik Azərbaycan xalqı ölkəni bu vəziyyətdən çıxara biləcək yalnız Ümumimilli Lider Heydər Əliyev olacağını bilirdi. Xalq Ümumimilli Liderə müraciət etdi. Ümumimilli lider xalqın istəyi ilə hakimiyyətə gəldi. Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə həm daxili həm də xarici siyasətin düzgün istiqamətlənməsinə səbəb oldu. Ümumimilli Lider Heydər Əliyev müstəqilliyimizin qarantına çevrildi. Heydər Əliyev Sovet dönəmində rəhbər olarkən Azərbaycanda 250-dən çox sənaye və istehsal müəssisələri yaradıldı. Elm sahəsində də Heydər Əliyevin böyük rolu olmuşdur. O dövrdə Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi diqqəti də qeyd etmək vacibdir. AMEA-nın nəzdində bir çox elmi tədqiqat institutları yaradıldı. Hal-hazırda elm, təhsil sahəsində, dövlət idarəçiliyində və digər sahələrində fəaliyyət göstərən kadrların bir çoxu Heydər Əliyevin sovet dövründə hazırladığı kadrlardır. Heydər Əliyevin qayıdışı ölkəmizdə baş verən qardaş qırğını ilə vətəndaş müharibəsinə, Azərbaycanın parçalanma təhlükəsini aradan qaldırdı. Heydər Əliyev Milli Məclisin 1993-cu il iyunun 15-də keçirilən iclasındakı çıxışda Azərbaycan inkişaf strategiyasını elan etdi və sonrakı fəaliyyətində onları həyata keçirdi. Ölkədə siyasi-ictimai sabitlik bərpa olundu. Ölkəmizin iqtisadi potensialı gücləndi. Bütün sahələrdə inkişaf başlandı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişində də elm və təhsil sahəsinə böyük diqqət yetirirdi. Təhsil və elm sahəsində böyük addımlar atıldı. Məhz Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncam nəticəsində Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə Azərbaycan dövləti arasında rəsmi əlaqələr yarandı. Artıq Milli Qridimiz Tier3 statusu ilə Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) qeydiyyatdan keçib. Bu, elm sahəsində böyük uğurdur. Elm sahəsində də gənclərimizin rolu böyükdür.

Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin nəticəsidir ki, bu gün dünyagörüşlü yeni nəsil yetişir. Azərbaycan gəncliyi Heydər Əliyev xalqımızın qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirib və qiymətləndirəcək. Hal-hazırda gənclər aparıcı qüvvəyə çevrilib. Gənclərimiz bütün sahələrdə uğurlar qazanır, qalib Azərbaycanı layiqincə təmsil edirlər.

Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişi də Azərbaycanın ağır dövrünə təsadüf edir. O dövrdə Azərbaycan böhranlı günlərini keçirirdi. İqtisadiyyatı yox dərəcəsində olan ölkəni yenidən diriltmək elə də asan deyildi. Dağılmış istehsal sahələrini bərpa etmək üçün əhalının məşğulluğunu təmin etmək üçün Heydər Əliyev neft strategiyasından başlamağa qərar verdi. "Əsrin müqaviləsi" hələ də öz bəhrəsini verməkdədir.

Bir-birini əvəz edən ölkə rəhbərliyi hakimiyyəti idarə edə bilmədi. Hətta xarici əlaqələr demək olar ki, yox vəziyyətdə idi. Hakimiyyətə can atanlarin marağı Azərbaycanı bu böhrandan qurtarmaq deyil, zor gücünə vəzifəyə gəlmək idi. Azərbaycanın çox ağır vəziyyətində hakimiyyət dəyişiklikləri bu böhrandan qurtara bilmədi. Müharibə dövrünü yaşayan Azərbaycanı bu böhranlı gündən yalnız zəka və etiqad çıxara bilərdi. Elə bir şəxs gəlməli idi ki, hakimiyyət dəyişikliyinə son qoysun. Belə ki, bir qrup azərbaycanlı ziyalıları yeni siyasi partiya yaratmaq üçün Heydər Əliyevə müraciət edir. Heydər Əliyev bu müraciətə müsbət cavab verir. 1992-cı ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası yaradılır və partiyanın sədri Heydər Əliyev seçilir. Azərbaycan xalqı öz seçimini düzgün etdi və seçimin düzgün olduğunu Azərbaycan bu günki günü təsdiq etdi. Güclü dövləti qurmaq üçün düzgün idea olmalıdır, ideasız adam öz gələcəyini qura bilməz, o ki qaldı dövlətin gələcəyi. Belə bir ideaya yalnız Ümummilli Lider Heydər Əliyevə malik idi. Yeni Azərbaycan Partiyasının yaranması ictimai-siyasi həyatda böyük yenilik idi. Heydər Əliyev də Yeni Azərbaycan Partiyasının yaranmasını özünün şah əsəri kimi sayırdı. "Biz elə dövlət qurmalıyıq ki, heç bir yerdə əyilməsin, dağılmasın"- deyirdi Heydər Əliyev. Və həqiqətən də belə oldu. Azərbaycan dövləti öz qüdtərini, əyiləməzliyini 44 günlük müharibədə sübut etdi.

Məhz Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti bu günki vətənpərvər gənclərimizin yetişməsinin təməlini qoydu. Məhz o gənclərin sayəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız azad edildi. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı ali baş komandan İlham Əliyev başçılıq edir. Azərbaycan xalqı həmişə Heydər Əliyev siyasətini əsas tutub. Odur ki, Azərbaycan qalib gəlir, sürətlə dəyişir. Hörmətli prezidentimiz İlham Əliyevin bütün beynəlxalq görüşlərdə Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir, uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq problemlərin həllində də ali baş komandamızın rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyevin düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu müharibəyə son qoydu. 44 gün ərzində bütün dünyanın gözü qarşısında Ermənistan ordusu darmadağın edildi. Bunun nəticəsidir ki, 44 günlük ərzində 350 il davam edən Erməni xəyalını kökündən ləğv edilməsi. İndi nə ermənilər, nə də xarici qurumlar Qarabağ statusu haqqında söz aça bilməz. Qarabağ Azərbaycanındır. Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyevin dediyi kimi:"Qarabağ – Azərbaycandır!"

Prezident İlham Əliyevin xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir.

Xalq bayatısında deyilir:

Əzizim, ordu bada,

Yol gedir Ordubada.

Qoşunda sərkər gərək,

Verməsin ordu bada.

Hərb elminin prinsipləri əsasında yaradılan ordumuz müasir təcrübə əsasında formalaşdı. Heydər Əliyev həmişə çıxışlarında deyirdi: "İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var".

Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Yaşasın müstəqil Azərbaycan dövləti! Yaşasın Ali baş komandan İlham Əliyev!

Ulu Öndərimizin ruhu şad olsun!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə