”Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi çox mühümdür” - Efkan Ala
”Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi bölgənin inkişafı üçün çox mühümdür”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, keçmiş daxili işlər naziri Efkan Ala Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, biz zəfərdən sonra 6 ölkənin qatıldığı platforma anlayışını dünyaya bir barış platforması olaraq təqdim edə bilərik: “Bunu dünyada diplomatiyanın qələbəsi olaraq təqdim edə bilərik. Bu, qələbəni davam etdirmək, bölgə ölkələri ilə münasibətləri bərpa etmək deməkdir. Yəni Azərbaycan daha bir neçə il əvvəl müharibə etdiyi, torpaqlarını işğal edən Ermənistana əməkdaşlıq təklif edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB