YAP Nərimanov rayon təşkilatında Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR
14 iyun 2022-ci il tarixdə YAP Nərimanov rayon təşkilatında 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonunda yerləşən Dairə Seçki Komissiyalarının sədrləri, rayon ictimaiyyəti, ərazi partiya təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər. Tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunub.
Tədbiri giriş sözü ilə aaçan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tədbir iştirakçılarını Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs edib.Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev qeyd ediblər ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildiriblər. Qeyd edilib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin idarəçiliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Tədbirdə, həmçinin, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, 20 saylı dairə Seçki Komissiyasının sədri Musa Musayev, Azərbaycan Kooperasiya Universitetinin və Kollecinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov nitq söyləyərək bildiriblər ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığı vurğulanıb.Tədbirdə YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştiraka görə bir qrup ərazi partiya təşkilatlarının sədrlərinə fəxri fərmanlar, könüllü gənclərə sertifikatlar, Partiyaya yeni üzv olmuş şəxslərə isə Partiya üzvlük vəsiqələri təqdim olunub.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB