YAP Sabunçu rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib FOTOLAR
YAP Sabunçu rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilməsi ilə bağlı tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağırdı və buna yüksək səviyyədə nail oldu. Bu birlik, həmrəylik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizi şərtləndirən əsas amillər sırasında xüsusi yer tutdu. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə, təkmilləşməyə yol açdı. Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB