Pirallahı rayonunda 15 iyun - Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİR - FOTOLAR

Pirallahı rayonunda 15 iyun - Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİR - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə SƏS TV-nin 15 iyun - Qurtuluş Günü ilə bağlı olan videoçarxı nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon prokuroru Zaur Axundzadə, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev və deputat Cavid Osmanov iştirak edib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə