“Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir” FOTOLAR

“Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir” FOTOLAR

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Gənclər və İdman idarəsinin, təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya cəmiyyət üçün ən böyük təhlükədir” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatında “İctimai-siyasi və humanitar məsələlər şöbəsi”nin müdir müavini, dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa rayon prokroru Anar Cəfərov, Ağstafa rayon Polis rəis müavini Qurban Qurbanov, Rayon Mərkəzi Xəstəxanasının həkimi Vüqar Əliyev, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Həsənsu kənd tam orta məktəbinin müəllim kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər məktəblilərə narkomaniya haqqında məlumat veriblər, onun bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu, narkomaniyanın və narkobiznesin təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurduğunu bildiriblər. Tədbirdə ölkəmizin bütün qüvvə və imkanlarını səfərbər edərək bu bəlanın kökünün kəsilməsi istiqamətində aparılan beynəlxalq mübarizəyə qoşulmasından, gənclərin sağlamlığının daim diqqətdə saxlanmasından geniş bəhs olunub. Həmçinin qeyd olunub ki, artıq narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, qabaqlayıcı tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.

Tədbir müzakirə formatında davam edib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə