Şəkidə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTOLAR

Şəkidə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTOLAR

10.06.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Rabitə meydanı ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, təşkilatın əməkdaşı Kamil Məmmədov, ərazi partiya təşkilatının sədri və üzvləri iştirak etmişdir.Əvvəlcə xalqımızın Ümummili Lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü Rabitə meydanı ərazi partiya təşkilatının sədri Vüqar Nəbiyev açaraq torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının qarşısını almaq, gərginləşən siyasi vəziyyətdən, ağırlaşan sosial-iqtisadi durumdan ölkəni xilas etmək üçün liderə ehtiyac var idi və xalqımız yaxşı başa düşürdü ki, bu lider məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıdaraq 15 iyun tarixində Ali Məclisin sədri seçildi və Azərbaycan tarixində yeni səhifə açıldı.

YAP Şəki rayon təşkilatının əməkdaşı, partiya veteranı Kamil Məmmədov çıxış edərək Milli Qurtuluş gününün əhəmiyyətindən danışmış, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində ən ağır bir dövr kimi yadda qalıb və 1993-cü ilin iyununda böhranın ən yüksək həddə çatdığı, respublikanı xaos bürüdüyü, qarşıdurmaların vətəndaş müharibəsi dərəcəsinə yüksəldiyi bir vaxtda xalqın istəyilə hakimiyyətə gələn dahi Heydər Əliyev Azərbaycanı böhrandan çıxardı.

Çıxış edən partiya fəalı Azər Süleymanov Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda olan bütün problemlərin, o cümlədən, iqtisadi problemlərin həll olunduğunu, qısa müddət ərzində atəşkəsə nail olunduğunu, "Əsrin müqaviləsi"nin imzalandığını bildirmişdir.Sumayə Muxtarova çıxış edərək artıq Milli Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd etdiyimizi, Ulu öndər Heydər Əliyevin Layiqli davamçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq Qələbə qazanaraq 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdiyini, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə