Bu gün "SƏS" Media Qrupunun SƏS TV internet Televiziyası "Milli Qurtuluşdan Zəfərə" adlı yeni sənədli filmini tamaşaçılarına təqdim edib. SİA-nın verdiyi məlumata görə, filmdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin sonlarında Azərbaycanda və keçmiş SSRİ məkanında başlanmış hərbi-siyasi gərginlik, Ermənistanın ölkəmizin suveren ərazilərinə təcavüzü, qaçqın və məcburi köçkünlər problemi, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrlə hakimiyyətin kürsü davası, hakimiyyətin səriştəsiz fəaliyyəti nəticəsində Azərbaycanda getdikcə arta gərginlik fonunda xalqın təkidli tələbi ilə 9 iyunda Naxçıvandan Bakıya gəlməsi, 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və beləliklə, hakimiyyət sükanının arxasına keçməsi haqqında kifayət qədər dolğun, əhatəli, o dövrün siyasi mənzərəsini açan və xüsusən də Ümummilli Liderin xalqı düşdüyü bəlalardn xilas etmək üçün sərf etdiyi titanik zəhmət barədə məlumatlar var.
Qeyd edək ki, SƏS TV-nin hazırladığı bu filmin ideya müəllifi "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, politoloq Bəhruz Quliyev, ssenari müəllifi isə Cabir Məmmədovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB