Ümummilli Lider Azərbaycanı müstəqil dövlət kimi dünyaya təqdim etdi - ŞƏRH

Ümummilli Lider Azərbaycanı müstəqil dövlət kimi dünyaya təqdim etdi - ŞƏRH

Xalqımızın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki,onun gələcək müqəddəratını müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan xalqının tarixində belə günlərin ən önəmlilərindən biridə tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.Məlum olduğu kimi keçmiş Sovetlər Birliyinin dağılması fonunda yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzbəüz qaldı. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda isə təhlükəli həddə çatdı, xaos, anarxiya ölkəni bürüyərək, vətəndaş müharibəsi dərəcəsinə yüksələn qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta xalq olaraq varlığımızı yox etməkdərəcəsinə çatdı.

1991-1993-cü illər ölkənin çağdaş tarixində hərc-mərclik, özbaşınalıq, naşıcasına reallaşdırılan eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalniz Heydər Əliyevin simasinda gördü. Xalqın təkidli tələbi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını tarixi zərurətə çevirdi. Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi.

1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu.1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu.

Ulu öndərin rəhbərliyi altında həyata keçirilən təxirəsalınmaz tədbirlər böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirərək, iqtisadiyyatın canlanmasına Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına əsaslı zəmin yaratdı.

Kamil Məmmədov

YAP Tərtər rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə