Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilmişdir
Bu gün Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında dünya şöhrətli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər bugünkü müstəqil dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla öz adını milli tariximizdə əbədi həkk etdirmişdir. Heç də təsadüfi deyil ki, ən yeni tariximizin Heydər Əliyev dövrü dünya siyasətçiləri tərəfindən Azərbaycanın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Heydər Əliyevin müasir dövlətçilik konsepsiyası tarixi ənənələrə və bəşəri dəyərlərə əsaslanmaqla xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu ifadə edir. Bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz enerjisi onu xalqının sevimlisi etmiş, fədakarlığı dillər əzbəri olmuşdur.
15 İYUN HƏR BİRİMİZ ÜÇÜN HƏM TARİXİ XİLASKARLIQ, HƏM DƏ MÖVCUD OLMA GÜNÜDÜR
Azərbaycan Respublikasının müasir müstəqillik illərində böyük qürurverici inkişafında 15 iyun tarixinin əvəzsiz yeri vardır. Bu, hər birimiz üçün həm tarixi xilaskarlıq, həm də mövcud olma günüdür. Çünki hələ ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə müstəqilliyə gedən yolun başlanğıcı çox keşməkeşli, iztirablı və olduqca çətin oldu. Bir tərəfdə iqtisadi və siyasi formasiyaların bir-birini əvəz etməsi ilə yaranan həllivacib problemlər, bir tərəfdə, tarixi düşmənlərimiz ermənilərin torpaqlarımızın işğalı ilə nəticələnən təcavüzü, digər bir tərəfdə isə bütün bunların müstəqilliyin ilk illərində güclü maneə obyektinə çevrilməsi həm də keçid dövrünü yaşayan ölkəmiz üçün əlavə təhlükə mənbəyinə çevrilmişdir. Təbii ki, belə bir şəraitdə bir an öncə mövcud ağır vəziyyətdən xilas olmaq, ümumdövlət və ümumxalq mənafeyinin üstün tutulacağı bir zəmin əsasında erməni işğalına və daxili çəkişmələrə son qoyacaq rəhbərə hava və su kimi ehtiyac var idi. Məhz 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən, Naxçıvanın, onun əhalisinin və muxtariyyət hüququnun qorunması, təhlükəsizliyi, yaşaması və mövcudluğunun təminatçısı olaraq xalqımızın böyük oğlu, dahi Heydər Əliyevi çox narahat edirdi. Təbii ki, muxtar respublikada getdikcə güclənən belə bir sağlam mühit və etibarlılıq xilaskarlıq gözləyən Azərbaycan xalqının ümid yeri və nicat yolu olaraq baxdığı, inadığı və güvəndiyi zirvə, dayaq və aydınlığa çevrilirdi. Təəssüflər olsun ki, bu dövrlərdə ermənilər Naxçıvana da aramsız hücumlar edir, onun sərhədləri boyunca ciddi təhdid yaradırdılar. Ancaq böyük rəhbərimizin muxtar respublikada əhalinin yanında olması, qışın oğlan çağında çıraq işığı ilə, yayın isti günlərində çətinliklərə birgə sinə gərərək doğma Naxçıvanımızın qorunması və müdafiə olunmasında əvəzolunmaz əhəmiyyətə malik oldu.
Artıq ölkəmizin ərazisinin 20 faizdən artığının işğal olunduğu və bunun nəticəsində də bir milyondan artıq Azərbaycan vətəndaşının öz ev-eşiklərindən didərgin düşdüyü həmin dövrlərdə xalqımızın böyük Heydər Əliyevə üz tutaraq, Ondan Bakı şəhərinə gələrək milli rəhbərliyi, xilaskarlığı və liderliyi qəbul etməyini istəyirdilər. Ağsaqqal sözünə, əsl başçıya və işıqlı gələcəyə ehtiyac hər keçən gün daha da artırdı. Buna görə də böyük Heydər Əliyev canından çox sevdiyi xalqının səsinə səs verərək, onun düşdüyü müharibə şəraitindən, ağır sosial-iqtisadi böhrandan bir an öncə çıxarılması üçün Bakı şəhərinə gəldi.
1993-CÜ İL 9 İYUN - BÖYÜK QAYIDIŞDAN MİLLİ QURTULUŞA
Beləliklə, 1993-cü il 9 iyun tarixində böyük QAYIDIŞ baş tutdu. Qədirbilən xalqımız elə həmin gündən öz liderinin ətrafında sıx birləşmək qərarını verdi və müdrik şəxsiyyət 6 gün sonra, daha doğrusu, 15 iyun tarixində Azərbaycan Respublkası Ali Sovetinin Sədri seçildi. Tarixi QAYIDIŞ artıq MİLLİ QURTULUŞLA aydın sabah və parlaq gələcək naminə daha da möhtəşəmlik qazandı. Böyük Heydər Əliyev həmin ilin 24 iyun tarixindən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. Artıq bütün dünya Azərbaycan dövlətinin rəhbərliyində Heydər Əliyev işığını, idarəçiliyini və Onun xalqla birliyindən doğan gücünü görür və hesablaşmağa məcbur olurdular. Xalqımız böyük Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan dövlətinin başçısı olaraq fəaliyyətini dəstəkləyir və bir an öncə prezident seçkilərinin keçirilməsini istəyirdilər. Buna görə də 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə ulu öndərimiz xalqımız tərəfindən Azərbaycan Respublikasının prezidenti seçildi və bu gündən etibarən işıqlı günlərin, aydın sabahın və parlaq gələcəyin siyasi, hüquqi, iqtisadi və sosial əsasları qoyulmuş oldu. Böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə prezident seçkilərindən cəmi yeddi ay sonra, yəni 1994-cü ilin 12 may tarixindən etibarən torpaqlarımızda başa alıb gedən müharibə atəşkəslə əvəz olundu. Bu isə sonrakı dövrlər üzrə etibarlı islahatların və sosial-iqtisadi inkişafın təmin olunması üçün əlverişli mühitin başlanğıcına çevrildi. Sonrakı proseslərin gedişi göstərir ki, böyük Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində milli iqtisadiyyat üzrə quruculuq prosesləri bir-biri ilə zəncirvari əlaqədə və asılılıqda olmaqla inkişaf etdi və bir-birini tamamlamaqla reallaşdı. Atəşkəsin əldə olunmasından keçən 4 ay ərzində bütün dünya ölkələri artıq Azərbaycanda sülhün, əminamanlığın və bunun əsasında da etibarlı tərəfdaşlıq mühitinin mövcudluğuna itməz və bitməz inamı və ən başlıcası, bütün bunların dayaq nöqtəsi olaraq böyük Heydər Əliyevin müdrik siyasətinin parlaqlığını gördülər. Müasir müstəqilliyin cəmi üçüncü ilində - 20 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikası tarixi “Əsrin Müqaviləsi”ni imzalamaqla ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Norveç kimi ölkələrlə beynəlxalq tərəfdaş oldu. Bu tarixi hadisə özünün qlobal mahiyyəti ilə haqlı olaraq tarixə Heydər Əliyevin neft strategiyası olaraq yazıldı.Bir sözlə, ümummilli liderimizin müdrik rəhbərliyi ilə 15 iyun - tarixi müstəqilliyinin əsaslarının, milli iqtisadiyyatımızın inkişaf perspektivlərinin, etibarlı rifah göstəricilərinin, müəyyən olunan uzunmüddətli prioritetlərin və dayanıqlı sosiallaşma proseslərinin, ərazi bütövlüyümüzün, həmçinin güclənən mövqeyimizin başlanğıcı, istinad nöqtəsi və hərəkətverici qüvvəsini təşkil etdi. Və bu gün 19 il prezidentlik fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev qəhrəman Milli Ordumuzun və qədirbilən Xalqımızın sayəsində 44 günlük Vətən savaşından tarixi zəfərlə çıxdı. Artıq bu gün Milli Qurtuluş tariximizin həmişəyaşar işığı işğaldan azad olunan ərazilərimizin hər bir anına aydınlıq gətirməkdədir. Bu gün Azərbaycan xalqı Böyük Zəfərin əldə edilməsindən sonra, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə öz tarixi günlərini yaşayır və mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərdən gələn quruculuq xəbərləri ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılınır. Ölkə Prezidentinin Azərbaycanın Müstəqilliyi Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndinə növbəti səfəri “Ağıllı kənd” layihəsinin açılışı ilə bağlı idi və bu hadisə Böyük Qayıdış prosesinin ilk addımları kimi qiymətləndirilir.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Xalqımız əmindir ki, Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB