Rusiya-Ermənistan görüşünə ABŞ-ın təşrifi - NƏ BAŞ VERİR? - VİDEO

Rusiya-Ermənistan görüşünə ABŞ-ın təşrifi - NƏ BAŞ VERİR? - VİDEO

Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra Ermənistana işgüzar səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüş keçirib. SİA erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, iki ölkənin XİN başçıları Rusiya-Ermənistan münasibətlərini və regional məsələləri müzakirə ediblər.

Görüşdən əvvəl çox maraqlı, həm də siyasi dairələrin diqqətini cəlb edən hadisə yaşanıb. ABŞ-ın Ermənistandakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinin binasına daxil olması kameraya düşüb. Bu barədə “Ermənistan” bloku öz Telegram kanalında bu barədə video yerləşdirərək məlumat yayıb. Maraqlıdır, xanım səfirin XİN-ə gəlişinin səbəb(lər)i nə ola bilər?

Bütün xəbərlər Facebook səhifəmizdə