Ermənistanla Azərbaycan arasında avtomarşrutun koordinasiyası başa çatır - Lavrov

Ermənistanla Azərbaycan arasında avtomarşrutun koordinasiyası başa çatır - Lavrov

Ermənistan və Rusiya Federasiyasının xarici işlər nazirləri Azərbaycanın səsləndirdiyi dəhliz məntiqini qəti şəkildə təkzib ediblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov kommunikasiyaların açılması ilə məşğul olan komissiyanın ləng işləməsi ilə bağlı sualı cavablandırarkən bu fikirlə razılaşmayıb və işin ritmik şəkildə getdiyini bildirib.

Onun sözlərinə görə, dəmir yolu marşrutu razılaşdırılıb, yol marşrutu və burada yaradılacaq buraxılış keçid məntəqələri ilə bağlı saziş tamamlanmaq üzrədir. Qeyd edib ki, həmin marşrut sadələşdiriləcək və Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq: “Burada qeyri-müəyyənlik ola bilməz".

Öz növbəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da vurğulayıb ki, bütün yollar həmin ölkələrin suverenliyi və yurisdiksiyasında olacaq.

Eyni zamanda, o, tərəflərin bərabər yanaşmasına malik olan detalların mövcudluğunu etiraf edib, lakin iş davam edir və nazir qarşılıqlı məqbul həll yolunun tapılacağına ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə