"İrəvan və Bakının münasibətlərin normallaşması ilə bağlı real imkanları var" - Dövlət Departamenti

"İrəvan və Bakının münasibətlərin normallaşması ilə bağlı real imkanları var" - Dövlət Departamenti

"ABŞ tərəflərin yaxınlaşma istiqamətində atdığı addımları “yüksək qiymətləndirir”. Ermənistan və Azərbaycanın hazırda münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var". SİA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“İnanıram ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş üçün əsl fürsət var”, - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

O, əlavə edib ki, hər iki ölkə bu istiqamətdə “vacib addımlar atıb”.

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Tərəflər, xüsusən də iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə sərhəd komissiyalarının ilk iclasının keçirilməsi barədə razılığa gəliblər. Mayın 24-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında sərhədin delimitasiyası üzrə komissiyalar formatında görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə