“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə düyün salan tərəf Rusiyadır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Rusiya hər cür vasitələrlə sülh müqaviləsinin uzadılmasını istəyir: “Ermənilərin müəyyən qisminin də bu ürəyincədir. Söhbət Qarabağ ermənilərindən, "Daşnaküstü" Partiyasından, müxalifətin müəyyən təbəqəsindən gedir. Onlar düzgün strategiya qurmurlar. Çünki sülh prosesinin uzanması onlara heçnə verməyəcək. Əksinə sülhyaratma prosesi və sülh sazişinin imzalanması həm sərhədlərin delimitasiyasına, eyni zamanda kommunikasiya xətlərinin açılmasına Ermənistanın blokadadan çıxarılmasına kömək edəcək. Düşünmürlər ki, onların maraqları ilə Rusiyanın maraqları üst-üstə düşmür. Avropa Birliyinin vasitəçiliyi ilə sülh yaratmaq prosesini müdafiə etməli və bu prosesə dəstək verməlidirlər. Onların nicat yolu yalnız burdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB