Engin Özer: “Rusiya və Türkiyə Zəngəzur dəhlizində maraqlıdırlar” ŞƏRH

Engin Özer: “Rusiya və Türkiyə Zəngəzur dəhlizində maraqlıdırlar” ŞƏRH

“Anti-Rusiya sanksiyaları fonunda Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsi artacaq və biz müəyyən nəticələri görməkdəyik. Bunu anlamaq üçün iqtisadçı olmağa ehtiyac yoxdur. İndi Rusiyaya böyük reeksport məhsulları axır və onların ölçüsü nəhəngdir. Bununla yanaşı, Türkiyə Rusiydan nəhəng turist axını gözləyir”. SİA xəbər verir ki, Engin Özer mövzu ilə bağlı “Kavbyuro”ya danışıb.

Analitik həmçinin əlavə edib ki, Ankara və Moskva ölkə ərazisində “MİR” kartları ilə, həmçinin ticarət dövriyyələrində milli valyutalar vasitəsi ilə ödəniş etmək üçün razılığa gəliblər.

Ekspert onu da hesab edir ki, Türkiyə ilə Rusiyanın dəmir yollarını birləşdirəcək Zəngəzur dəhlizi ölkələr arasındakı ticarət dövriyyələrinin artmasına şərait yaradacaq.

“Nikol Paşinyan və onun hökuməti də regionun blokadadan çıxarılmasında və bu dəhlizin açılmasında maraqlı olmalıdırlar, belə ki, bu, Ermənistanın blokadadan çıxmasına imkan verəcək. Başqa tərəfdən, qeyd etmək lazımdır ki, mövcud layihə və bu layihəyə qoyulan siyasi “stavka” – Rusiya, Türkiyə, Çin, hətta Avropa İttifaqı kimi nəhəng geosiyasi oyunçular üçün Ermənistanın özündən daha önəmlidir”, deyə qeyd edən Engiz Özer hesab edir ki, dəhliz işə salındıqdan və rus məhsulları Türkiyəyə, oradan isə Yaxın Şərqə çatdırıldıqdan sonra bu, məhsul çatdırılmaları yönündə formalaşdırılan oriyentasiya və yeni bazarlara çıxış üçün yeni era olacaq, hansı ki, həmin amillər daha əvvəllər logistik gecikmələr səbəbindən rentabelli hesab edilmirdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə