“Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” FOTOLAR

“Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” FOTOLAR

08.06.2022 ci il tarixində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasinda “Tarixi Zəfərimiz Milli Qurtuluşdan başlayır” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasinda yerləşən büstü önünə gül çiçək dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib. Tədbirdən öncə partiyamızın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə Yeni Azərbaycan Partiyasi İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Şəhid ailələri qayğı cəmiyyətinin sədri Eldəniz Rüstəmov, gənc partiya üzvləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir.

Yeni Azərbaycan Partiyasi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusutorpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə Cənab Ali Baş Komandandır! Daha sonra Şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədr müavini F. Rzayeva, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində Ərazi Partiya təşkilatının sədri S.Qurbanova, Gənlər Mərkəzi - Fəal gənc H.Məcidli, Ağsaqqallar Şurasının Sədri X.Orucov və başqaları Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdılar.

Sonda partiya sıralarına yenicə üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə