Ermənistan Parlamentinin spikeri qazaxıstanlı həmkarından nə xahiş edib?

Ermənistan Parlamentinin spikeri qazaxıstanlı həmkarından nə xahiş edib?

"Ermənistan regionda sülh və sabitliyin davamlı olmasına sadiqdir". SİA xəbər verir ki, bunu Qazaxıstan Parlamentinin (Məclisinin) sədri Yerlan Koşanovla görüşündə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan üçün həyati əhəmiyyət kəsb etməkdə davam edir və bu, Bakı rəhbərliyinin gördüyü kimi ərazi mübahisəsi deyil, yerli erməni əhalisinin hüquqları ilə bağlı məsələdir.

Alen Simonyan qazaxıstanlı həmkarından Dağlıq Qarabağla bağlı humanitar məsələlərin həllinə töhfə verməsini xahiş edib. Tərəflər "ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan" Ermənistan-Qazaxıstan çoxtərəfli münasibətlərinin səviyyəsini müsbət qiymətləndiriblər. Ermənistan-Qazaxıstan siyasi münasibətlərinin artan templə inkişaf etməkdə davam etdiyini nəzərə alaraq, Ermənistan və Qazaxıstanın qanunvericilik orqanlarının xüsusi rolu vurğulanıb. Tərəflər beynəlxalq arenada əməkdaşlığı və beynəlxalq təşkilatlarda fəal iştirakını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə