Milan Sedlaçek (Milan Sedláček) Çex Respublikasının Azərbaycanda yeni səfiri təyin olunub. SİA xəbər verir ki, M.Sedlaçek, bu vəzifədə 2018-ci ildən Çex Respublikasının Azərbaycandakı səfiri olan Milan Ekerti əvəz edəcək.
Xatırladaq ki, Milan Sedlaçek Praqada Azərbaycanın Çex Respublikasındakı səfiri Adış Məmmədov ilə görüşüb.
Tərəflər gündəlikdə olan ikitərəfli məsələləri, həmçinin ölkələr arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB