Rusiya XİN rəhbəri ikinci iclasın vaxtının açıqlanacağını bildirdi

Rusiya XİN rəhbəri ikinci iclasın vaxtının açıqlanacağını bildirdi

“3+3” əməkdaşlıq platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O, ilk iclasın Moskvada keçirildiyini xatırladıb. Rusiya XİN rəhbəri ikinci iclasın vaxtının açıqlanacağını bildirib.

Lavrov, “3+3” əməkdaşlıq platformasının qapısının Gürcüstana hər zaman açıq olduğunu bir daha bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə