Müdafiə nazirləri Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar telefonla Suriya və Ukraynadakı vəziyyəti, eləcə də problemi müzakirə ediblər. SİA xəbər verir ki, telefon danışıqları Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
“Əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi və qiymətləndirməyə yönəldilib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Həmçinin, müdafiə nazirləri “Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə birlikdə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələlərini ətraflı müzakirə ediblər”. Nazirlikdən verilən məlumata görə, danışıqlar zamanı regionda uzunmüddətli sabitliyin qorunması üçün Suriyada sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB