"Təlimatlar Kreml tərəfindən verilir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Təlimatlar Kreml tərəfindən verilir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ümumiyyətlə Ermənistan tərəfinin Azərbaycanla razılaşmaları pozmasının səbəbi Rusiyadır. Çünki Ermənistan konkret olaraq Rusiya tərəfindən idarə olunur və Ermənistan tərəfini manipuliyasiya edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Rusiya 6 aprel və 22 may görüşlərini sabotaj etməyə çalışır: "Ona görə də dövlət sərhəddində atəşkəsi davamlı olaraq pozur. Düşünürəm ki, bu prosesin baş verməsi Ermənistan hakimiyyətinin də marağındadır. Amma Avropa İttifaqının geostrateji maraqlarına zidd olaraq Ermənistanın bu addımlarının Brüssel tərəfindən qarşısı alınacaq və Ermənistanın indiki apardığı siyasi xətt iflasa uğrayacaq. Çünki Cənubi Qafqazda yeni reallıqlar formalaşıb. Ermənistan tərəfi isə bu geostrateji reallıqları pozmaq gücündə deyil.

Rusiya Ukrayna müharibəsi fonunda Rusiyanın da müəyyən dərəcədə beynəlxalq müstəvidə izoliasiyası Ermənistanın Avropa İttifaqına təzyiqlərinin daha da güclənməsinə gətirib çıxaracaq. Bu xüsusda düşünürəm ki, Azərbaycan-Ermənistan əlaqələri Ermənistan hakimiyyətinin bu manipuliyasiyalarına baxmayaraq konkret olaraq Azərbaycanın diqtə etdiyi şərtlər çərçivəsində davam etdiriləcək. Ermənistan sülhə imza atmaq məcburiyyətindədir. Ümumiyyətlə sərhəddə təxribatların baş verməsi Azərbaycanla normallaşma əlaqələrini istəməyən Rusiyaya bağlı generalların işidir və təlimatlar Kreml tərəfindən verilir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə