"Heydər Əliyevin gəlişi ilə Azərbaycan xalqını və dövlətçiliyimizi xilas etdi" - MİLLƏT VƏKİLİ BİLDİRDİ
“Azərbaycan Respublikası SSR-nin süqutundan sonra öz müstəqilliyinə qovuşsa da, bu müstəqillik real təhlükə qarşısında qaldı. Bu təhlükəni şərtləndirən bir neçə amil mövcud idi. Birincisi Ermənistan 80-cı illərin sonlarından başlayaraq Azərbaycana qarşı açıq ərazi iddiaları sürməyə başladı və Ermənistanda yaşayan soydaşlarımızı kütləvi şəkildə öz dədə-baba tarixi torpaqlarından qovmağa başladılar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, bunun ardınca da işğalçılıq siyasətini həyata keçirdilər: “Digər tərəfdən SSR-nin süqutu ilə Azərbaycan dağılmış iqtisadiyyatla müstəqilliyinə qovuşdu. Bir tərəfdən Ermənistanın təcavüzkar siyasəti, digər tərəfdən heç bir iqtisadi sistemə malik olmamaq təbii ki, ölkənin nəinki gələcək inkişafı haqqında düşünmək üçün ümumilikdə müstəqil dövlət kimi mövcudluğu haqqında düşünmək üçün də əsas vermirdi. Həmçinin başqa bir məsələ də çox təsirli bir amil kimi nəzərdən keçirilməlidir. 90-cı illərin əvvəlllərində hakimiyyət uğrunda qeyri-sivil mübarizə gedirdi. Ölkə də siyasi xaus höküm sürürdü. Bu baxımdan da Ermənistan rahat bir şəkildə Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək, işğalçı siyasətini həyata keçirdirdi. Belə bir vəziyyətdə Azərbaycan xalqı yenə də müdriklik nümayiş etdirdi və Ulu Öndər Heydər Əliyevə xalqı bu bəladan qurtarmaq üçün müraciət ünvalayaraq, onu təkidlə ali siyasi hakimiyyətə dəvət etdi. Hər zaman xalqının çağırışlarına böyük həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışlarını və dəvətini nəzərə alaraq ali siyasi hakmiyyətə qayıtdı. Həqiqətəndə Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıtması ilə Azərbaycan xalqının xilası prosesi başladı. Ulu Öndər böyük uzaq görənliklə hər şeydən öncə ölkədə siyasi sabitliyin təmin olunması üçün təsirli addımlar atdı. Qeyri-qanuni silahlı qruplaşmalar zərərsizləşdirildi, hakimiyyət uğrunda qeyri-sivil mübarizəyə son qoyuldu. 1993-cü ildə baş tutmuş seçkilərdə Ulu Öndə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1995-ci ildə Heydər Əliyevin birbaşa rəhbərliyi ilə ölkənin ana qanunu hazırlandı və referendum yolu ilə qəbul olunaraq, konsitutsiyanın hazırlanması prosesində Azərbaycan xalqı yaxından iştirak etdi. Bu Azərbaycan Respublikasının növbəti inkişafında olduqca böyük təkanverici element rolunda çıxış etdi. Daxili siyasi sabitlik təmin olunduqdan sonra milli iqtisadi sistemin yaradılması istiqamətində addımlar atmağ tələb olunurdu. Lakin bunun üçün ölkəyə ciddi resuslar gərək idi. 1994-cu il sentyabr ayının 20-sin də Ulu Öndərin böyük iradəsi, uzaqgörən siyasəti sayəsində “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” imzalanması ilə Azərbaycan xalqının həyatında ümumən Qafqa regionunun həyatında yeni mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanın beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcə də genişləndi, ölkəyə maliyyə vəsaitlərinin axını başladı. Buda imkan verdiki milli ordu quruculuğu istiqamətində addımlar atılsın. Bu qeyd etdiyim 3 istiqamətdə Ulu Öndərin fəaliyyəti sözün əsl mənasında Azərbaycanın xilaskarlılığı missiyası idi. Heydər Əliyev bu missiyanı uğurla həyata keçirdərək, müstəqilliyimizi qorudu və möhkəmləndirdi. Azərbaycanı beynəlxalq münasibətlər və əməkdaşlıq sisteminin fəal iştirakçılarından birinə çevrildi. Ayrıca olaraq Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində Ulu Öndər yorulmadan fəaliyyət göstərirdi və çox saylı görüşlər keçirtdi. Ermənistanın siyasətinin Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşası istiqamətində çox saylı müraciətlər imzalandı və bu gün artıq biz keçmişimizə baxararq deyə bilərik ki, 2020-ci ilin payızında vətən müharibəsindəki möhtəşəm tarixi qələbəmizin siyasi elementləri hələ o vaxt Ulu Öndər tərəfindən formalaşdırılmışdır. Ermənsitanın münaqişə vəziyyətində haqqsız mövqeyləri haqqında təsəvvürlər Ulu Öndər tərəfindən davamlı olaraq formalaşdırıldı. Ulu Öndərin təkrarsız inkişaf strategiyası, müasir dövrün tələblərinə uyğun şəkildə zənginləşdirərək həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliuyev ölkəmizi möhtəşəm qələbələrə apardı. Azərbaycan daha da inkişaf edərək, nəinki regional səviyyədə eyni zamanda qlobal səviyyədə də bu və ya digər proseslərdə təsir imkanına malik bir ölkəyə çevirdi. 44 günlük vətən müharibəsindəki Azərbaycanın tarixi zəfəri ölkənin bütövlükdə simasını dəyişərək, regiona yeni reallıqlar yaratdı. Həmçinin post münaqişə dövrünün reallıqları Azərbaycan Preizdenti cənab İlham Əliyevin strateji düşüncəsi və siyasi iradəsi nəticəsində dünya ölkələri, beynəlxalq təşkikatlar tərəfindən qəbul olundu. Bu gün baş verən prosesləri biz özümüzün haqlı maraqlarımıza uyğun şəkildə inkişaf etdirməkdəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB