ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması prosesini dəstəkləməyə hazırdır - Ağ Ev

ABŞ Cənubi Qafqazda sülhün bərqərar olması prosesini dəstəkləməyə hazırdır - Ağ Ev

Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə dəstək verməyə hazırdır. Bu barədə Ağ Evin ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin digər məsələlərlə yanaşı, Cənubi Qafqazda baş verən proseslərin də müzakirə olunduğu görüşdən sonra yaydığı məlumatda deyilir.

Mesajda xüsusilə deyilir:

“Sullivan ABŞ-ın Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığa sadiqliyini bir daha təsdiqlədi. O, Azərbaycan və Ermənistan arasında sabit sülhün bərqərar olmasına yönəlmiş mühüm və tarixi diplomatik səyləri yüksək qiymətləndirib. O, Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən təşkil olunan danışıqları dəstəkləyib. Sallivan ABŞ-ın prosesə qoşulmağa və dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə