Ukraynaya raket sistemlərinin verilməsi vəziyyəti daha da ağırlaşdıra bilər - POLİTOLOQ ŞƏRH ETDİ
“Hazırda Rusiya-Ukrayna müharibəsində bir durğunluq dövrü müşahidə olunur. Ümumilikdə nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf üçün böyük itkilər mövcuddur. Eyni zamanda hazırda Ukraynanın dəstəklənməsi fonunda Qərb tərəfindən çox ciddi adımlar atılıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, xüsusilə ABŞ-da ikinci "Lentliz" qanununun qəbul edilməsindən sonra Ukraynaya edilən hərbi və maddi yardımın sayında kifayət qədər artımlar müşahidə olunub: “Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiyada Ukraynada müharibəyə başladığı dövrdə tələb etdiyi bəzi məsələləri hələ də yerinə yetirilmədiyini müşahidə edir. Hazırda müharibədə vəziyyəti gərginləşdirən bəzi faktorlar da mövcuddur. Xüsusilə Ukraynaya uzaq mənzillə raket sistemlərinin verilməsi ilə bağlı bəyanatların verilməsi düşünürəm ki, Rusiya-Ukrayna gərginliyində vəziyyətin daha da ağır həddə çatmasına səbəb ola bilər. Çünki bununla bağlı artıq Rusiya tərəfindən də həyəcan təbili çalınır. Ukraynaya uzaq mənzilli raketlər verilərsə, Ukraynanın gözləmədiyi bir sıra obyektlər də Rusiya hücumuna məruz qala bilər. Bu baxımdan hesab edirəm ki, hazırda yay aylarında durğunluq müşahidə edilsə də Rusiya-Ukrayna müharibəsində müsbətə doğru bir dəyişiklik mövcud deyil. Daha əvvəl Rusiya və Ukrayna nümayəndələri arasında müxtəlif səpkili görüşlər keçirilsə də hazırda bu görüşlərlə bağlı da vəziyyət demək olar ki, neqativ formada davam edir.
Hadisələrdən pozitiv məsələ Rusiya və Türkiyə prezidenti arasında müəyyən danışıqların getməsi və Ukrayna limanlarının təmizlənməsində Türkiyənin iştirak edərək və buğda məsulunun dünyaya ixracında Türkiyənin əsas rol oynaması ehtimalı düşünürəm ki, vacib bir məqam hesab edilə bilər. Savaşın taleyini və yaxud da savaşın taleyini dəyişəcək passiv fikirlər söyləməyə səbəb olacaq situasiya hələlik baş vermir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB