Azərbaycan yalnız neft-qaz ixracatcısı deyil,eyni zamanda bu sahəyə aid olan ən yüksək səviyyəli beynəxalq tədbirlərə ev sahibliyi edən dövlətlərdən birinə çevrilmişdi. 1iyun 2022-ci ildə açılışı olan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi sayca 27-ci tədbirdir.Beynəlxalq səviyyəli bu tədbirlərdə cənab Prezident İlham Əliyev şəxsən iştirak edir və dövlətimizin apardığı uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verir.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən cənab Prezident İlham Əliyev pandemiya səbəbindən ikiillik fasilədən sonra yenidən tədbirin keçirilməsini alqışlayaraq tədbirin təşkilatçılarına və bütün dünyadan təşrif buyurmuş qonaqlara təşəkkürünü ifadə edib. Bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda təlabatı tam edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə mühüm rol oynamağa çalışır.
Müstəqilliyimizin ilk illərində vəziyyətin fərqli olduğuna diqqət çəkən cənab Prezident qeyd edib ki, Xəzər Neft və Qaz Sərgisi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərzilərinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətin cəlb edilməsində mühüm rol oynayıb. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu bəyan etdi ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi göstərmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan sərmayələr xarici sərmayələr bizim tərəfdən və xarici tərəfdaşlarımız tərəfindən təmin edilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən müyyənləşdirilən ,cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Neft və Qaz Strategiyası Azərbaycanın əldə etdiyi bütün uğurların əsasını təşkil edir və təməlində dayanır. Ötən əsrin sonunda Azərbaycan Gürcüstanın Qara dənizdəki limanına qədər neft kəməri tikilərək istifadəyə verildi və bu ilk neft kəməri ilə Azərbaycan nefti dünya bazarına nəql edilməyə başladı.
Azərbaycan xarici tərafdaşları ilə birgə qaz yataqlarının kəşfiyyatı işlərini uğurla davam etdirərək dünayanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”yatağını aşkar etdi və 2007-ci ildə Bakı-Tibilisi-Ərzurum qaz boru kəməri istismara verildi.
Beləliklə Azərbaycan qazı ilk olaraq Türkiyə və Gürcüstan bazarlarına nəql olmağa başladı. 2006-ci ildə Xəzər dənizi aralıq dənizi ilə birləşdirən Bakı–Tibilisi-Ceyhan neft kəməri istismara verildi və kəmər vasitəsi ilə Azərbaycan nefti dünya bazarına nəql olundu.
2020-ci ilin son günü istismara verilən Cənub Qaz Dəhlizinin uzunluğu 3500 km olmaqla XXI əsrin layihəsi hesab olunur. Belə bir möhtəşəm layihənin uğurla icra olunması Azərbaycanın beynəlxalq tərfdaşlarla birgə işinin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir. Prezident İlham Əliyev doğru olaraq qeyd etdi ki, bu layihələr olduqca çox mürəkkəb siyasi mühitdə həyata keçirildi. Regionda marağı olan xarici qüvvələrin bir çoxunun maraqları ilə üst-üstə düşmürdü və onlar bütün təsir imkanlarından istifadə edərək bütün layihələrin icrasına maneçilik törədmək istəyirdilər. Azərbaycan Respubilkası rəhbərliyinin qəiyyətli mövqeyi və beynəlxalq tərafdaşların sıx əməkdaşlıqı sayəsində bütün maneələr dəf edildi və qeyd olunan layihələrin icrası təmin edildi.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru xətinin ərazisindən keçən dövlətlərlə və eləcədə beynəlxalq malliyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökümətləri və Avropa Komissiyası ilə sıx əməkdaşlıq qurmuşduq. Dünyada baş verən proseslər Azərbaycan qazına təlabatı daha da artırıb.Yuxarıda qeyd olunan layihələrin ,TANAP və TAP layihələrinin vaxtında icra olunması dünya dövlətlərinin təbii qaza və digər enerjidaşıyıcılarına təlabatın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hadisələrin təhlili göstərir ki, Azərbaycan qazına olan təlabat artmaqda davam edəcək. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı dövlətimizin iqdisadi qüdrətinin güclənməsinə müsbət təsir edəcək.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB