QİSAS QİYAMƏTƏ QALMAYACAQ.... ŞƏRH

QİSAS QİYAMƏTƏ QALMAYACAQ.... ŞƏRH

Dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru!

Bir millət o zaman sıradan çıxır ki, öz məğlubiyyəti ilə barışır. Çünki bu barışıqlıq ardınca inamsızlığı, ümidsizliyi gətirir. İnamını və ümidini itirməyin sonu isə süstlüyə, fəaliyyətsizliyə çevrilir... İşğalçı Ermənistan kimi... Çünki zaman-zaman istər Azərbaycanda, istər Türkiyədə, istərsə də dünyanın müxtəlif ölkələrində silsilə terrorlar törətmiş erməni terrorçu qruplaşmalarının məqsədləri birdir – “Dənizdən-dənizə böyük Ermənistan dövlət” xəyallarını gerçəkləşdirməkdən ötrü, hətta özlərinə düşmən olaraq elan etdikləri xalqların uşaqlarına belə rəhm etməmək. Bu, bir erməni xislətinin bariz və dəfələrlə sübuta yetirilmiş reallığıdır. Bu, sıradan çıxmış "millət" olaraq, hətta tanrının yaratdığı ən məsum varlıqlar olan körpələri qətlə yetirmək, onlara əl qaldırmaq xəstə təfəkkürlü ermənilər üçün tarix boyu “şan-şöhrət” sayılıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün görüşlərində və çıxışlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsinə toxunur, bununla barışmayacağımızı diqqətə çatdırırdı: «Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar. Qarabağ Azərbaycandır və nida".

Ancaq mənfur düşmən İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatını tələblərini Ermənistan hələ də pozur. Məlumdur ki, hazırda günümüzün əsas problemi işğaldan azad edilmiş torpaqlarımızda bərpa planlarının həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsidir. Mənfur düşmən 30 illik işğal dövründə Qarabağda çağdaş dünya tarixində misli görünməmiş vandalizm aktları törədib, bütün tikililəri, tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə yanaşı, həm də Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində tərk etməyə məcbur olduğu ərazilərimizdə müxtəlif növ minalar və digər partlayıcı qurğular yerləşdirib. Faktlar və rəqəmlər sübut edir ki, 10 noyabr razılaşmasına uyğun olaraq mərhələli şəkildə boşaldılan Kəlbəcər, Ağdam və Laçın rayonlarında isə minalanmış sahələr daha böyük əraziləri əhatə edir. Məhz minalanmış ərazilərin xəritələrini verilməməsi nəticədə insanların həlak olmasına səbəb olur. Elə ötən il iyunun 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və Kəlbəcər rayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin işğaldan azad edilmiş bu rayonun ərazisində vəzifə borclarını yerinə yetirərkən minaya düşərək həlak olmaları Azərbaycanın son vaxtlar artmaqda olan mina təhlükəsi ilə bağlı həyəcan təbili çalaraq beynəlxalq aləmə edilən müraciətlərin, çağırışların miqyasının daha da genişlənməsini zərurətə çevirib, bu məsələnin həllinin təxirə salınmadan vacib olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırıb. İşğalçı Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bir daha beynəlxalq hüquqa məhəl qoymadığını təsdiqləyir. Ancaq beynəlxalq aləm 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, özünün antibəşəri davranışları ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların heç bir təzyiq göstərməmələrinin, təcavüzkara qarşı sanksiyaların tətbiqi barədə belə düşünməmələrinin sonda hansı vəziyyətə gətirib çıxardığının fərqində olmalıdır.

Həmçinin, Azərbaycanın ərazi bötüvlüyünə qarşı qaldırılan torpaq iddialarının ardınca erməni terrorçularının uşaq qatili olmaq ənənələri... Nə qədər ağır olsa da, hər dəfə bu faktları hər bir imkanda ictimailəşdirməli, gələcək nəsillərimizə çatdırmalı, təkrarlamalıyıq ki, milli unutqanlığımız baş verməsin! Çünki dəyişməyən qəddarlıq, dəyişməyən qətl üsulları və dəyişməyən erməni terroru cəzalandırılmalıdır ki, təkrarlanmasın. Xüsusilə də, vəhşi erməni yazarı Zori Balayan kimi qaniçən uşaq qatilinin xatirələri heç vaxt unutmamalıyıq. Belə ki, babalarının yırtıcı təbiətini özündə yaşadan «ASALA» erməni terror cəmiyyətinin ideoloqlarından hesab edilən yazıçı Zori Balayan Qarabağda günahsız körpələrimizin işgəncə ilə ölümünün bilavasitə iştirakçısı olaraq, əliqanlı cani şahidliyindən fəxr etdiyini yazır və üstəlik, qətlə yetirilən azərbaycanlı uşaqların (!) «it» olduğunu deyir. Bunu ermənilər öz dilləri ilə də etiraf ediblər. Belə ki, polşalı erməni yepiskopu Simeon Lehatsi (XVI əsr) yazırdı: “Yunanlar bizə “İşkil”, yəni itlər) deyib, tüpürüb bayıra atdılar...".

Göründüyü kimi, erməni terrorçuları həqiqətən də quduz it, quduz köpək olduqlarını deyə bilərik. Atalarımız əbəs yerə deməyiblər ki, "Suya düşən itlə yağışa düşən erməni arasında fərq yoxdur". Beləliklə, bir xalqın ki, Zori Balayan, David Xerdiyan, Paşinyan kimi küçədə yaşayan və bu gün əzəldən torpağı olmayan və həyasızcasına onun-bunun qoltuğuna sığınaraq, onun-bunun dabanını yalayan şər-böhtan atan və bu gün də faşist xislətlərini göstərərk günahsız körpələrə, mülki əhaliyə atəş açaraq bu terrorçu hərəkətləri ilə “erməni qüruru” keçirənlər həqiqətən də xəstə, bədbəxt təfəkkürlü quduzlaşmış itlərdir!

QİSAS QİYAMƏTƏ QALMAYACAQ....

Ancaq bu quduzlaşmış qatillər bir daha anlamalıdırlar ki, qisas qiyamətə qalmayacaq və mütləq etdikləri cinayətlərə görə cəzalarını alacaqlar. Görünür, elə bu səbəbdən də işğal etdikləri torpaqlar uğrunda sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə hələ də bunu anlaya bilməyən terrorçu və faşist xislətli küçə “demokratı” əxlaqsız, mənəviyyatsız Ermənistanın baş naziri Nikol Paşinyan uşaq, körpə qatili əməllərinin olmalarını növbəti dəfə Vətən Müharibəsi sayılan İkinci Qarabağ savaşında bir daha sübut etdilər. Bu dəfə onlar savaş meydanından 120 kilometr aralıda yerləşən Gəncə şəhərində yaşayış evlərinə və Bərdədə dinc əhalinin toplaşdığı meydana atdıqları raketlə göstərdilər. 44 gün içərisində düşmənin 27 il işğal etdiyi əraziləri geri qaytaran Azərbaycan Ordusunun ölümcül zərbələri qarşısında tab gətirməyən düşmən dinc əhaliyə, qocalara, körpələrə atəş açmaqla şərəfsizliklərini bir daha nümayiş etdirdilər. Nəticədə mülki əhali arasında 90 nəfər həlak oldu ki, onlardan 11-i uşaq, yaralanan 395 nəfərdən isə 48-i uşaq oldu. Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanların qəbirlərinə, məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar. Bu göreşənlər hələ də anlamırlar ki, bununla nifrət sahibi olurlar. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik. Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq ki, görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar.

Gəncəyə səfəri zamanı Qalib Liderimiz, dövlət başçımız İlham Əliyev bildirib ki, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır: «Biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".

Bəli, Azərbaycan xalqı həmişə böyüklüyü ilə dünyada tanıdılıb, Ermənistan isə həmişə saxta, yalançı, mənəviyyatsızlıqları ilə tanınıb. Bir də yuxarıda vurğuladığım kimi, bu azğın, quduzlaşmış revanşistlər öz məğlubiyyəti ilə barışmalıdır. Nahaq qan heç vaxt yerdə qalmayacaq! Və heç şübhəsiz ki, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror əməllərinə görə beynəlxalq hüquq qarşısında da cavab verəcək. Onda hamı görəcək ki, qisas qiyamətə qalmayacaq, haqq öz yerini tutacaq! Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələrində qeyd etdiyi kimi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

ZƏRİFƏ QULİYEVA,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə