"Bütün dünyanın gözü Azərbaycanda idi" - SABİQ SƏFİR AÇIQLADI

"Bütün dünyanın gözü Azərbaycanda idi" - SABİQ SƏFİR AÇIQLADI

"Bildiyimiz kimi “Teknofest” festivalı 2018-ci ildən etibarən keçirilir. Bu festivalın beşinci ili Azərbaycanda keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, bu Türkiyənin Azərbaycana verdiyi dəyərin növbəti göstəricisidir: "Bu festivalın Azərbaycanda keçirilməsi bölgəyə Azərbaycan və Türkiyənin bir-birinə nə qədər yaxın olduğunu bir daha sübut edir. "Teknofest" festival çərçivəsində azərbaycanlı gənclər müxtəlif müsabiqələrə qoşulub. Bu müsabiqələr onlara bir növ stimul verir. Bu festival 400 minə yaxın insan tərəfindən görülüb. Bu baxımdan 5-ci "Teknofest" festivalının Azərbaycanda keçirilməsi xüsusilə gənclər tərəfindən çox böyük maraqla qarşılandı. Bu festivala getmək üçün insanlar sıraya düzülürdülər. Festivala qoşulan insanlar bu tədbirdən böyük məmnuniyyətlə ayrılıblar. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan başda olmaqla Türkiyənin bir sıra rəsmiləri festivalda iştirak edirdilər. Azərbaycanın Müstəqillik günündə bu festivalın keçirilməsi böyük əhəmiyyətə malikdir. Bütün dünyanın gözü Azərbaycanda idi. Hər kəs bu festivalı yaxından izləyirdi".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə